Rusiya ordusu hücum mövqeyində - Bu şəhəri mühasirəyə ala bilər


 
Lisiçansk şəhərini mühasirəyə almağa çalışan Rusiya qoşunları hücuma hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
“Ukrayna hərbi qüvvələrinin Lisiçansk ətrafındakı yüksəkliklərdə möhkəmlənməsi Rusiyanın hücumlarını dəf etməyə imkan verə bilər”, - ISW bildirib.
İnstitutunun ekspertlərinə görə, Severodonetskdəki rus qüvvələri hücumun effektli olması üçün çay keçidi yaratmalı olacaqlar ki, bu da əlavə vaxt və səy tələb edəcək. Rusiya qoşunları Lisıçanski tamamilə mühasirəyə almaq üçün Baxmut və Siverskdən Ukrayna ordusunun logistika marşrutlarını kəsməlidir.
Mayda Lisıçanska hücuma keçən Rusiya qüvvələri Beloqorovkada çayı keçə bilməmişdilər.
Analitiklər proqnozlaşdırırlar ki, rus qoşunları Slavyanska qurudan hücumdansa, gələcəkdə Lisiçanskın operativ mühasirəsini Layman tərəfindən başa çatdırmağa üstünlük verəcəklər.
Tarix: 25-06-2022, 13:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}