Prezident qumarı leqallaşdırdı - kazinolar açılır, qırğızlara giriş qadağası


 

Sadır Japarovun fikrincə, “kazino spirt və tütündən daha pis deyil”

Qırğızıstan parlamentində respublika ərazisində qumar fəaliyyətinin leqallaşdırılması ilə bağlı qanun layihəsi qəbul olunub.

Parlamentin layihə ilə bağlı müzakirələrində baş nazir Akılbek Japarov və Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçibek Taşiyev də iştirak edib.

Cəmiyyətin əksəriyyəti və xüsusən də ruhanilər ölkədə on il əvvəl qadağan olunmuş qumar biznesinin “dirçəldilməsinin” qəti əleyhinədir. “Butun Qırğızıstan” fraksiyasının lideri Adaxan Madumarov “Nezavisimaya qazeta” ya deyib ki, sənədin qəbulu zamanı deputatlara təzyiqlər olub.
qirgizistan.jpg (173 KB)

Qumar biznesinin leqallaşdırılması ilə bağlı qanun layihəsi öncə Büdcə, İqtisadi və Fiskal Siyasət Komitəsində bəyənilib. İclas bağlı qapılar arxasında keçirilib. Nazirlər Kabineti nümayəndələrinin təkidli tələbi ilə deputatlar sənədi dərhal ikinci və üçüncü oxunuşda qəbul ediblər.

Xatırladaq ki, sənəd apreldə birinci oxunuşda qəbul edilib. Lakin Ramazan ayı ilə əlaqədar müzakirələrin növbəti mərhələsi müvəqqəti dayandırılıb.

Bu qanun layihəsinin lobbiləşdirilməsi və təşviqat kampaniyası prezident Sadır Japarovun tam dəstəyi ilə həyata keçirilib.

S.Japarovun fikrincə, “kazino spirt və tütündən daha pis deyil”. O bildirib ki, qanun qəbul qüvvəyə minirsə, o zaman “15-20 qumarxanaya nəzarət edə bilərik, əks halda biz necə dövlətik?”. Üstəlik, dövlət başçısının təklifi ilə qumarxanalar əvvəlcə təklif edildiyi kimi təkcə İssık-Kul və Batken vilayətində deyil, həm də Bişkekdə və bütün rayon mərkəzlərində açılmalıdır. “Kazino sahibi 1-1,5 milyon dollara lisenziya alacaq. Lakin qırğızlar kazinoda oynasalar, həmin kazinonun lisenziyası ləğv ediləcək və oyunçular məsuliyyətə cəlb olunacaqlar" deyə, ölkə başçısı bildirib.
kaz1.jpg (94 KB)

Ölkə rəsmilərinin sözlərinə görə, kazinoda yalnız imkanlı turistlər oynayacaq. Ekspertlərə görə isə rəsmilər kazinoların fəaliyyət göstərdiyi dünyanın müxtəlif ölkələrinin təcrübəsinə istinad etsələr də, eyni zamanda Qırğızıstanın tarixi, mənəvi və əxlaqi xüsusiyyətlərini nəzərə almırlar.

Qırğızıstanın İqtisadiyyat Nazirliyi qumar biznesinin respublika büdcəsinə ildə 3-5 milyard som (60 milyon dollara qədər) gəlir gətirəcəyini hesablayıb. Kazinolarda 5 minə qədər insan işlə təmin olunacaq. Bu isə bir milyon dollardan çox gəlir vergisi, sığorta haqlarının tutulması isə ildə 2,5 milyon dollara bərabər olacaq.
16341814463332062124_1000x669.jpg (241 KB)

Qırğızıstanda 2012-ci ilə qədər kazinolar işləyib, lakin ölkə vəd edilən kimi zənginləşməyib. Deputat Adaxan Madumarovun sözlərinə görə, qumar oyunlarından əldə edilən gəlir, hətta ən yaxşı vaxtlarda belə, ildə 1 milyon dollara yaxın olub. “Cəmiyyətin təkidi ilə kazinolar bağlandı. Futbolçular qazandıqları bütün pulları, ipoteka mənzillərini, maşınlarını kazinoda itirdi, ailələr küçədə qaldı. Və nə qədər intiharlar oldu... Bu faciə idi. Qumarxana olan yerdə narkotik alveri, fahişəlik və hər cür cinayət var. Bu həmişə qumar biznesini müşayiət edir. Hakim elita nümayəndələrinin israrla qanun layihəsini müdafiə etməsi yalnız onu göstərir ki, bu, prezidentin dəstəklədiyi müəyyən kölgə qruplarının maraqlarına uyğundur ” deyə, Madumarov bildirib.

Onun sözlərinə görə, bir çox deputatlar bu qanun layihəsi ilə razı olmasalar da, heç də hamısı açıq şəkildə hakimiyyətə qarşı çıxa bilməyiblər. Üstəlik, qanun layihəsinin nə vaxt səsə qoyulacağı ilə bağlı deputatlara xəbərdarlıq edilməyib.“Bu, xalq və dövlət əleyhinə siyasətdir” deyə, Madumarov bildirib.
Tarix: 25-06-2022, 23:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}