Rusiya Şimali Kiprə aviareyslər açmaq istəyir – Türkiyə mediası

Rusiya yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Respublikasına müntəzəm aviareyslər açmağı planlaşdırır
Rusiya yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Respublikasına müntəzəm aviareyslər açmağı planlaşdırır.
Bu barədə məlumatı Milliyet və CNN Türk anonim mənbələrə istinadən yayıblar.
Mənbələrin iddiasına görə reyslər artıq noyabr ayından açıla bilər.
Şimali Kipr Türk Respublikasını rəsmən yalnız Ankara tanıyır, bütün başqa BMT üzvləri bu ərazini Kiprin ərazisi hesab edirlər.
BMT-nin nöqteyi-nəzərindən Kipr adasının bu hissəsi Türkiyə tərəfindən işğal olunub.
Aviareyslər noyabrın 15-dən açıla bilər
Milliyet yazır ki, Rusiyada Şimali Kipr Türk Respublikasına ilk təyyarə reysi noyabrın 15-də, Ercan hava limanında yeni terminalın açılacağı gün elan edilə bilər.
Açılış mərasimində prezident Recep Tayyip Erdoğanın iştirak edəcəyi gözlənilir.
Qismən tanınan Şimali Kipr Türk Respublikasının prezidenti deyib ki, Rusiyadan müntəzəm təyyarə reyslərinin açılması bu ərazinin müstəqilliyinin tanınması istiqamətində böyük addım ola bilər.
Türkiyə mediası bildirir ki, aviasreyslər barədə danışıqlar BMT Kiprin üzərindəki silah embarqosunu qaldırdıqdan sonra başlanıb.
Rusiyada hələki bu xəbərləri şərh etmirlər.
Rusiya Kiprə yeni səfir təyin edir
Kipr prezidenti Nikos Anastasiadis sentyabrın 21-də deyib ki, sözü gedən məsələni Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müzakirə edəcək.
Kiprin Politis qəzeti Rusiyanın bu ölkədəki keçmiş səfiri Stanislav Osadçi Kipr XİN-ə bildirib ki, Moskvanın Şimali Kiprə münasibəti dəyişməyib və ora heç bir birbaşa təyyarə reysindən söhbət gedə bilməz.
Bununla belə Osadçinin postuna sentaybrın 12-də İnquşetiyanın keçmiş prezidenti Murat Zyazikov təyin edilib.
Kipr mediası yazır ki, Zyazikov müsəlmandır və onun təyinatı Putinin Erdoğana “hədiyyəsi” hesab oluna bilər.
Rusiyadan Kiprə təyyarə uçuşları Moskvanın Ukraynaya müdaxiləsinin ardınca Avropa İttifaqı tərəfindən qadağan olunub.
Bundan başqa Kipr bir sıra rusiyalılara investisiya müqabilində verilmiş pasportların ləğv olunması məsələsinə baxır.
Avropa İttifaqı Kiprdən sanksiya siyahılarına salınmış rusiyalılara verilmiş pasportların ləğvini tələb edib.
Azadlıq radiosu
Tarix: 21-09-2022, 22:13




Xəbər lenti

{sape_links}{sape_article}