Rusiya əhalini səfərbərliyə görün necə inandırır: Ukrayna ifşa etdi


Ukrayna Hərbi Hava Qüvvələri Rusiya Federasiyasının şəhərlərində damlarda hava hücumundan müdafiə sisteminin quraşdırılmasını göstərən görüntülər yayıb. 

Sitat.info Ukrayna mediasına istinadən xəbər verir ki, bu  guya növbəti səfərbərliyə hazırlanan əhaliyə nümayiş etdirmək, onların müharibənin təhlükəsinə inandırmaq üçündür.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının spikeri Yuri İqnat Rusiya Federasiyasının şəhərlərində binaların damlarında zenit-raket komplekslərinin quraşdırılmasını  qiymətləndirib. O qeyd edib ki, “Pantsir” hava hücumundan müdafiə sisteminin damlarda yerləşdirilməsi “kifayət qədər gülünc görünür”.
"Amma Pantsir özü zenit silah sistemidir. Onun həm raketləri, həm də zenit silahları var və onların məqsədi hücumçular da daxil olmaqla, qısa məsafədən PUA-ları vurmaqdır... Əslində, onlar qorxurlar ki, havadan hücum ola bilər ”, - İqnat  brifinq zamanı deyib.
O, əlavə edib ki, dünyada belə sistemlərin quraşdırılması praktikası var, lakin “Rusiyadakı qədər barbar deyil”. Çünki belə sistemlər avtomatik işləyən xüsusi modul qurğularda quraşdırılır.
Tarix: 27-01-2023, 22:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}