Zeleniski: “Rusiyadan sonra ikinci düşmənim korrupsioner məmurlardır”



Ukraynada Zelenski hökumətində fövqəladə kadr dəyişikliyi baş verir. Bu xəbərin yayıldığı vaxt korrupsiya ittihamı ilə vəzifədən gedən və ya işdən çıxarılan bürokratların sayı 11-ə çatıb.

Gununsesi.info Britaniya mediasına istinadla xəbər verir ki, prezident Zelenski xalqın etimadını bərpa etməyə çalışır, lakin ittihamlar ciddidir və vaxt pisdir.

Korrupsiya iddiaları bu dəstəyi müttəfiqlərindən milyardlarla dollar hərbi, humanitar və maliyyə yardımı alan Ukrayna üçün risk altında qoyur.

İş o yerə çatıb ki, bəzi amerikalı siyasətçilər Ukraynaya yardımı məhdudlaşdırmağa çağırıblar.

“Ukrayinska Pravda” xəbər saytından araşdırmaçı jurnalist Mihaylo Tkaçın açıqladığı iddialara görə, böyük bir bürokratın şəxsi məşqçisi Rusiya işğalından bu yana milyonlarla funt sterlinq alıb.

Tkaç Zelenskinin köməkçilərindən biri haqqında da hekayə yazıb.

Jurnalistin yaydığı videoyazılarda Timoşenkonun bir neçə ay Porsche markalı avtomobil sürdüyü görünür.

Timoşenko heç bir səhv etmədiyini iddia edib.

“Deputatlar və bürokratlar pullarının mənbəyini açıqlamaq istəməyəndə öz qohumlarının adına dəbdəbəli sərvətləri qeydiyyata alırlar” deyə Tkaç izah edir.

Bu arada prezident Zeleniski isə bəyan edib ki, onun üçün Rusiyadan sonra əsas ikinci düşmən korrupsioner məmurlardır.
Tarix: 28-01-2023, 08:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}