"Haaqa-nın qərarlarının Rusiya üçün əhəmiyyəti yoxdur"- Rusiya XİN-dən SƏRT AÇIQLAMA


 
“Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarlarının Rusiya üçün əhəmiyyəti yoxdur, Moskva onları tanımır”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında məlumat verib.

“Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun tərəfi deyil və ona görə öhdəlik daşımır”, - diplomat bildirib.

Onun sözlərinə görə, BCM-nin qərarları Moskva üçün, o cümlədən hüquqi baxımdan heç bir əhəmiyyət kəsb etmir.

Zaxarova həmçinin bəyan edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi həbs qərarı hüquqi baxımdan Rusiya üçün etibarsızdır.
Tarix: 17-03-2023, 21:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}