Rusiya üzərindən ABŞ-a uçuşlara qadağa qoyulması istənilir

Amerika aviaşirkətləri Ağ Evi və Konqresi xarici aviaşirkətlərin Rusiya hava məkanından ABŞ-a uçmasını qadağan etməyə çağırırlar.
Bu barədə “New York Times” öz mənbələrinə istinadən xəbər verir.
Amerika aviaşirkətləri Asiyaya ən qısa marşrutlarla – Şimal Buzlu Okean və Rusiyadan keçməklə uça bilmədiklərinə görə, Asiya rəqibləri ilə müqayisədə əlverişsiz vəziyyətdə olduqlarından şikayətlənirlər.
Beləki Ukraynaya müdaxiləyə görə ABŞ-ın Rusiya aviadaşıyıcılarına qoyduğu qadağalardan sonra Rusiya da qarşılıq olaraq öz hava məkanını ABŞ təyyarələrinə bağlayıb.
Bu səbəbdən də Amerika aviaşirkətləri yollarını uzatmalı və faydalı yükləri azaltmalı olurlar. Onlardan fərqli olaraq digər xarici şirkətlər uçuşa daha az vaxt sərf edir və bu da qiymət fərqinə səbəb olur.
ABŞ Hava yolları lobbi qrupu hesab edir ki, Amerika şirkətləri bir il ərzində təxminən 2 milyard dollar itiriblər. Bu səbəbədən də qrup ABŞ hakimiyyətini Amerika və xarici hava daşıyıcıları arasında rəqabət üçün bərabər şərait yaratmağa çağırır.
“New York Times” Nəqliyyat Departamentinin Çin aviaşirkətlərinə ABŞ-a uçuşlar zamanı Rusiya hava məkanından istifadə etməyi qadağan edən sərəncam layihəsi hazırladığını yazır.
Qəzetə görə, Bayden administrasiyası Hindistan aviaşirkəti ilə bağlı da eyni addımı atmağın Dehli ilə arzuolunmaz nəticələrə səbəb ola biləcəyindən ehtiyat edir.
Azadlıq radiosu
Tarix: 18-03-2023, 22:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}