Medvedev: ‘Amerikalılar əməlli-başlı qudurublar’

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev teleqram kanalında Amerika senatoru Lindsi Qremi dolayısı ilə hədələyib.
Senator Qrem ABŞ dronu ilə Rusiya qırıcısının toqquşması ilə bağlı insidenti şərh edərkən demişdi ki, ABŞ Amerika obyektlərinə təhlükə yarandığı hallarda Rusiyanın hərbi təyyarələrini vurmalıdır.
Medvedev isə ABŞ-ın Reaper MQ-9 kəşfiyyat dronunun qəzaya uğrayaraq Qara dənizə düşməsinə özünəməxsus şərh verib.
ABŞ rəsmiləri bu hadisə ilə bağlı Rusiyanın Su-27 qırıcılarının pilotlarını “məsuliyyətsiz və qeyri-peşəkar” hərəkətlərdə ittiham etmişdilər.
Rusiyanın Müdafiə Nazirliyi insidenti təsdiq eləsə də, Rusiya qırıcısının ABŞ dronuna fiziki olaraq toxunmadığını bildirib.

Rusiyanın qoyduğu sərhəd

Rusiya bildirir ki, ABŞ dronu Ukraynada gedən hərbi əməliyyatlarla bağlı Moskvanın qoyduğu “hava məkanı sərhədini” pozub.
ABŞ isə Rusiyanın bəyanatını rədd edərək bildirib ki, Moskvanın qoyduğu sərhəd xəttini, habelə Krımın Rusiya tərəfindən ilhaqını tanımır və onun təyyarə və dronları bundan sonra da beynəlxalq hava məkanlarında beynəlxalq qanunların icazə verdiyi tərzdə uçuşlarını davam etdirəcək.
Medvedevin postundan məlum olur ki, o rusiyalı pilotların hərəkətlərini təqdir edir.
O ABŞ-ı Rusiyanın Qara dəniz üzərində qoyduğu sərhədlərə əməl etməməkdə günahlandırıb:
“Ümumən danışsaq, amerikalılar əməlli-başlı qudurublar. Onların nazı ilə oynamaq düzgün deyil.”
O bunun ardınca senator Qremin şərhinə də eyham vurub:
“Yeri gəlmişkən, belə əclafların da başına təyyarə qəzaları gələ bilir”.
Azadlıq radiosu
Tarix: 18-03-2023, 22:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}