Girkin üzərindən Putinə qarşı qurulan ssenari: - Rusiyada “dərin dövlət” hərəkətə keçib

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin və Prezident Vladimir Putinin əleyhinə Rusiya ərazisində qarşı çıxanlar sərt şəkildə cəzalandırılırlar. Müharibənin başlamasından keçən 13 ay ərzində yüzlərlə belə şəxs həbs olunub, işgəncələrə məruz qoyulub. Hətta Putini və müharibəni tənqid edənlərdən bəziləri ölü tapılıb ki, ekspertlər bu ölümlərin Kreml tərəfindən həyata keçirilən qətl olduğunu iddia edirlər.
Bu günlərdə FSB-nin sabiq əməkdaşı İqor Girkin (Strelkov) Prezident Putini təhqir edib. Putini “tryapka” adlandıran Girkin ona “kəs səsini”, “yum ağzını” kimi sərt sözlərlə xitab edib. Maraqlıdır ki, Girkin hələ ki, cəzasız qalıb.
Politoloq Şahin Cəfərli hesab edir ki, Rusiyada yaşayan Girkin zahirən ölkədə hər şeyi və hər kəsi özünə tabe etdirmiş kimi görünən qəddar diktator haqqında rahatlıqla bu sözləri deyə bilirsə, deməli, nəyəsə (kiməsə) güvənir: “FSB-nin keçmiş zabiti olduğunu nəzərə alsaq, onun məhz bu güc strukturu tərəfindən himayə olunduğu və yönləndirildiyi qənaətinə gəlmək olar”.
“Ölkədə hər nə qədər başında Putinin durduğu sərt, mərkəzləşdirilmiş idarəçilik vertikalı mövcud olsa da, Rusiya Federasiyası bir nəfərin şəxsi taleyindən asılı olmayacaq qədər nəhəng və önəmli bir dövlətdir. Bu dövlətin korrupsiya və digər səbəblərdən deqradasiyaya məruz qalsa belə, köklü dövlət qurumları var. FSB də bu qurumlardan biridir və ölkə daxilindəki ən güclü təhlükəsizlik strukturudur. Putini hakimiyyətə bu qurumlar gətirdi, onlar da aparacaq”, - deyə analitik vurğulayıb.
Cəfərlinin sözlərinə görə, Putin artıq Rusiya dövləti üçün ağır bir yükə çevrilməkdədir: “Son olaraq, Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı və Rusiyanın BRİKS çərçivəsindəki önəmli tərəfdaşı olan Cənubi Afrika Respubikası hökumətinin Putinə avqustdakı zirvə toplantısına gəlməməsi yönündəki mesajı gözardı edilməyəcək dərəcədə ciddi hadisədir. Rusiya bu yükü daşıya bilməyəcək duruma gəldikdə, “dərin dövlət” Putini bir xərçəng şişi kimi cərrahi üsulla götürüb, kənara atacaq”.
“Düşünürəm ki, Girkin kimi adamların bu cür çıxışlarının spontan xarakterli deyil, Putinin ölkə içərisindəki xarizmasını cızmağa, onu ictimai rəydə gözdən salmağa yönəlmiş xüsusi xidmət əməliyyatı olması istisna deyil”, - deyə ekspert fikrini tamamlayıb. //AYNA//
Tarix: 22-03-2023, 09:42
-
Bu gün, 08:42
Əmrullayevin işlərindən özü də baş açmır... - DƏLİXANADIR, VALLAH...
-
Bu gün, 08:39
Rusiya Ukraynanın Odessa vilayətinə hücum edib, ölən və yaralananlar var
-
Bu gün, 08:29
“Mənə dedi ki, 54 nəfər qazi intihar edib, guya sən ölsən dünya boş qalacaqmı?!” - Göyçayda ÖZBAŞINALIQ
-
Bu gün, 08:24
Fəlakət üstünə fəlakət: Xersonda faciənin miqyası böyüyür - FOTOLAR
-
Dünən, 23:20
YAP-çı deputat parlamenti AYAĞA QALDIRDI: "90-cı illərə qayıtmışıq!"VİDEO
-
Dünən, 23:11
"Kasıb adamlar niyə istirahət mərkəzinə gedib istirahət etməlidir ki?" - Ekspert
-
Dünən, 23:09
VAQİF SULTANLININ AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLANIB
-
Dünən, 22:57
“Nar” yerli İT mütəxəssislərini yetişdirir
-
Dünən, 22:54
Avropa İttifaqı: "Azərbaycanda müstəqil şəxslərin davamlı təqib olunmasından narahatıq"
-
Dünən, 22:52
Ermənilərlə birgə yaşamaq mümkün olacaqmı?
-
Dünən, 22:48
"Ukraynada müharibənin inkişafının üç ssenarisi" - "The Economist"
-
Dünən, 22:45
İmişli İcra Hakimiyyətinin “sevimli şirkəti” 584 min manata yolları təmir edəcək – QALMAQALLI TENDER
-
Dünən, 22:43
Elmar Vəliyevin oğlunun milyonluq mülkü ƏLİNDƏN ÇIXIR... - məhkəmə QƏRAR VERDİ
-
Dünən, 22:41
Tikinti şirkətlərinin fırıldağı: - Bu hekayədə yanan sakinlər oldu...
-
Dünən, 14:08
“Tərtər işi”ndə prokuror dəhşətli işgəncləri açıqladı, zərərçəkmiş huşunu itirdi - TƏFƏRRÜAT
-
Dünən, 14:05
Müxalifət yeni birlik yaradır - “Doğru Azərbaycan”ın hədəfi nədir?
-
Dünən, 10:21
3-cü bina öz halal sahibləri sayılan jurnalistlərə verilsin! - Prezidentin dediyi olsun...
-
Dünən, 10:10
Ramiz Zeynalovun nömrə, vəsiqə və texniki baxış biznesi - İLGİNC FAKTLAR
-
Dünən, 09:49
Cəlilabad rayonunda EKOLOJİ TERROR - NARAZILIQ VAR...
-
Dünən, 09:43
Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
-
Dünən, 09:15
Erməni keşişlər Əskipara kəndinə toplanaraq “anklav” müzakirələrinə "yox" dedilər...
-
Dünən, 09:14
Bu dəfə tərsi oldu: Jurnalist başçını məhkəməyə verdi - TƏFƏRRÜAT
-
Dünən, 09:12
ABŞ Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb - "Bloomberg"
-
Dünən, 08:48
Ali təhsil sisteminin 'UCQAR' VİLAYƏTİ - İLGİNC İDDİALAR
-
Dünən, 08:35
Sahibsiz və sahibli media mirzələri – jurnalistlər... - Bəzi müğənnilər özünə HƏCİ axtaran kimi, bir çox jurnalistlər də özünə “SAHİB” axtarır...
-
Dünən, 08:34
Ermənilərlə birgə yaşamaq mümkün olacaqmı?
-
Dünən, 08:26
"Sərhədləri bağlı saxla, qiymətləri özün yüksək təyin elə, sonra hələ bir ziyanla da işlə"
-
Dünən, 08:24
Şimal-Cənub qütbü” arasında sıxılan Azərbaycan-İran münasibətləri... - Hindistan “şifrəsi”
-
Dünən, 08:16
Vətəndaşla danışığa QOÇU GÖNDƏRİLİR - Buraların qaydası budur...
-
8-06-2023, 23:44
Azərbaycanın “qara siyahı”sı: “Orada adları olanlar...” – Ermənilərdən iddia
{sape_links}{sape_article}