Rusiya Donetski atəşə tutub: ölənlər və yaralananlar var

Rusiya ordusu növbəti dəfə Krasnoqorovka, Çasov Yar şəhərlərini kütləvi atəşə tutub
Rusiya ordusu Donetsk bölgəsini növbəti dəfə atəşə tutub. AYNA UNİAN-a istinadən xəbər verir ki, Oçeretinski icmasının yaşayış məntəqələrinə zərbələr nəticəsində 3 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.
"2023-cü il martın 21-də Rusiya ordusu növbəti dəfə Krasnoqorovka, Çasov Yar şəhərlərini və Oçeretinskaya icmasının Stepnoy kəndini kütləvi atəşə tutub. İlkin məlumatlara görə, hücumlar top artilleriyasından həyata keçirilib” - Ukrayna Baş Prokurorluğunun məlumatında qeyd edilib.
Prokurorluğun məlumatına görə, Krasnoqorovka və Stepnoyda rusların hücumları nəticəsində bir nəfər ölüb, daha üç mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Çasovoy Yarda evlərinə mərmi düşən ər-arvad həlak olub, bir nəfər yaralanıb.
Qeyd olunur ki, kütləvi atəş nəticəsində fərdi və çoxmənzilli evlərə, yardımçı tikililərə ziyan dəyib. Donetsk Vilayət Prokurorluğunun prosessual rəhbərliyi altında hərbi qanunların və müharibə qanunlarının pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1, 2-ci hissələri) üzrə cinayət işi açılıb, ibtidai araşdırmalara başlanılıb.
Tarix: 22-03-2023, 09:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}