SON DƏQİQƏ! Makron canını zorla qurtardı - Fransa XAOSA sürüklənir


Fransa prezidenti Emmanuel Makron yeni etiraz dalğası ilə üzləşib. Tətbiq edildiyi gündən böyük əks-səda doğuran mübahisəli pensiya islahatı qəbul olunmaq üzrədir. Makronu fransız xalqına qarşı qoyan islahata görə, pensiya yaşının 62-dən 64-ə qaldırılması gözlənilir.
“Ölənə qədər işləmək istəmirik” etirazları ilə həftələrdir ölkənin hər yerində nümayişlər keçirən fransızların ən böyük qorxusu gerçəkləşmək üzrədir.

0 (75).jpg (71 KB)
Ölkə boyu etirazlara səbəb olan islahatlara əsasən, Fransada pensiya yaşı sentyabrın 1-dən etibarən hər il mərhələli şəkildə 3 ay artırılacaq. Pensiya yaşı 2027-ci ildə 63 yaş 3 aya, 2030-cu ildə isə 64 yaşa çatacaq. 2027-ci ildən tam pensiya almaq üçün 43 il işləmək lazımdır.
Fransada kütləvi etirazlara səbəb olan mübahisəli pensiya islahatı Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndindən istifadə edilərək Milli Assambleyada səsverməyə çıxarılmadan qəbul edildikdən sonra prezident Emmanuel Makron hökumətinə qarşı iki etimadsızlıq təklifi irəli sürülüb.
0 (72).jpg (74 KB)
278 deputat birinci etimadsızlıq təklifinin lehinə səs versə də, 287 səs toplanmadığı üçün rədd edilib, ikinci etimadsızlıq təklifi isə 94 səslə uğursuz olub. Hər iki etimadsızlıq təklifinin uğursuzluğa düçar olmasından sonra təqaüd yaşını tədricən 62-dən 64-ə qaldıran pensiya islahatı parlamentdə qanun kimi qəbul ediləcək.
Makron parlamentdə dəstək qazandıqdan sonra fransızlar küçələrə axışıb, yeni tətillər və etirazlar çağırışları başlayıb.
0 (75).jpg (71 KB)
Uğursuz nəticələrdən sonra ifrat solçu "La France Insoumise" partiyasından olan millət vəkilləri “İstefa” və “Küçələrdə görüşəcəyik” yazılmış pankartlar açıblar. Həmkarlar ittifaqlarının cümə axşamı genişmiqyaslı tətillər keçirəcəyi gözlənilir.
Fransada hökumətin pensiya islahatının əleyhinə olanlar ölkənin müxtəlif şəhərlərində, eləcə də paytaxt Parisdə küçələrə axışır və zaman-zaman polislə nümayişçilər arasında gərgin anlar yaşanır. Parisdəki nümayişçilər Saint-Lazare stansiyası, Respublika və Bastiliya meydanları kimi müxtəlif nöqtələrdə toplaşır. Etirazçıların əksəriyyəti gənclərdir.
0 (74).jpg (133 KB)
Ölkədə həftələrdir əsas gündəm məsələsinə çevrilən pensiya islahatının əleyhdarları yolları da bağlayır, zibilləri küçərələrə dağıdır, şəhərlərdə yanğınlar törədirlər. Bundan başqa, həkimlər, müəllimlər işləməkdən imtina edir. /Musavat.com/
Tarix: 22-03-2023, 13:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}