Rusiya ABŞ-ı hədələdi: “İstənilən təcavüzkar hərəkətə cavab veriləcək”

Ryabkov: “Moskvanın reaksiyası həmişə ölçülü və sakit olacaq”
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov hava məkanında ABŞ təyyarələrinə yaxınlaşan Rusiya təyyarələrini vurmağa çağıran amerikalı senator Lindsi Qrehemin sözlərinə münasibət bildirib.
AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, Ryabkov vurğulayıb ki, Qrehemin sözləri və digər oxşar bəyanatlar ciddi qəbul edilməlidir: “Çünki onlar ABŞ-ın bütün sahələrdə bizə zərər vurmaq üçün maksimum səy göstərməyə, eləcə də reputasiyaya zərbə vurmağa çalışmağa hazır olduğunu əks etdirir”.
“Rusiya Vaşinqtonun istənilən aqressiv hərəkətinə cavab veriləcək. Bu, belə bəyanatlar verən insanların nüvə əsrinin reallıqları haqqında az təsəvvürə malik olmasının və Rusiya Federasiyasının əlində olan bütün vasitələrlə özünü təcavüzkar hücumlardan müdafiə etməyə hazır olduğunu tamamilə unutduğunun nümunəsidir”, - Ryabkov vurğulayıb.
Diplomat vurğulayıb ki, o, Rusiyanın nüvə arsenalını nəzərdə tutmayıb.
Onun fikrincə, ABŞ və digər ölkələrin Rusiyaya qarşı hibrid müharibəsi yeni formalar alır: “Moskvanın reaksiyası həmişə ölçülü və sakit olacaq”.
Tarix: 23-03-2023, 19:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}