İrana zərbə endirilə bilər - İsrailli ekspert


Son vaxtlar İran həm regionda, həm də ümumilikdə dünyada  “aktivlik” nümayiş etdirməyə başlayıb. 
Bunun bir səbəbi də İranın nüvə hədəsidir. Belə olan məqamda İranın aktivləşməyi başda İsrail olmaqla digər ölkələri də narahat edir. İsrail mətbuatı qeyd edir ki, uranın zənginləşdirilməsi artarsa, İrana zərbə endirilə bilər.
“Buna görə də İsrail ABŞ və Avropa ölkələrinə deyir ki, İranın 60 faiz səviyyəsindən yuxarı istənilən addımı Tehranın nüvə proqramına qarşı hərbi əməliyyatlara səbəb ola biləcək addım olacaq”, -məlumatlarda qeyd edilir. 
İsraildən olan tanınmış siyasi ekspert David Gendelman Modern.az-a bildirib ki, İsrail İranla müharibə etmək niyyətində deyil, amma İran buna şərait yaradarsa, müharibə qaçılmazdı:
“İsrail və İran arasında həmişə gərginlik olub. İndi də bu gərginlik özünü biruzə verir. Növbəti mərhələnin nə olacağı isə sual altındadır. İran və İsrail arasında ola biləcək müharibə haqqında danışmaq tezdir. Bu mərhələ sadəcə qığılcımdır. Amma müharibəni də istisna edə bilmərik. Bu da İranın nüvə inkişafından asılıdır. İranın təbii ki, dünyaya və İsrailə təhlükəsi və təhdidi artarsa, cavabını alacaq. 
İsraildə yeni hökumət qurulandan sonra İran daha da aktivləşib. Belə ki, son vaxtlar çıxış yolu olaraq nüvəyə əl atır. Bu da onun üçün çox da əlverişli deyil. İranda nüvənin inkişafı təkcə İsrail üçün yox, ABŞ və Avropa ölkələri üçün də təhlükədir. Bunları nəzərə alaraq İranın hər hansı addım atacağını düşünmək olmaz. Çünki hazırda İran çıxılmaz iqtisadi çətinlikdədir. Dünyaya təhdid strategiyasına keçmək onun təhlükə demək olar”. 
Tarix: 23-03-2023, 21:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}