ABŞ SEPAH-ın obyektlərinə zərbələr endirib

ABŞ SEPAH-ın obyektlərinə zərbələr endirib
ABŞ ordusu İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli bölmələrə hava zərbələri endirib. Zərbələr İranın Suriyadakı koalisiya bazasına pilotsuz uçan aparatının hücumuna cavab olaraq endirildiyi bildirilir.

SİAM.AZ-ın reyting.az-a istinadən xəbərinə görə, Pentaqon faktı təsdiqləyib.

“Prezident Baydenin göstərişi ilə mən ABŞ Mərkəzi Komandanlıq qüvvələrinə bu gecə Suriyanın şərqində SEPAH ilə əlaqəli qrupların istifadə etdiyi obyektlərə dəqiq hava zərbələri endirmək icazəsi verdim”, - deyə ABŞ-ın müdafiə naziri Lloyd Austin bildirib.

Pentaqonun bəyanatından belə çıxır ki, martın 23-də pilotsuz təyyarə Suriyanın şimal-şərqində - Həsəkə əyalətindəki koalisiya bazasındakı texniki xidmət obyektinə hücum edib. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz təyyarə İran mənşəlidir. Hücum nəticəsində 1 əsgər ölüb, daha 6 nəfər yaralanıb. İki yaralıya yerindəcə tibbi yardım göstərilib, daha dörd əsgər İraqdakı koalisiya tibb müəssisələrinə aparılıb.
Tarix: 24-03-2023, 17:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}