İspaniyada çaxnaşma: Rusiya Kataloniyada da separatçıları qızışdırır


İspaniyada Kataloniya separatçılarının Rusiya ilə əlaqəsi məsələsi gündəmə gəlib.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, İspaniya Deputatlar Konqresinin üzvləri Maria Valentina Martinez Ferro və Pablo Hispan İqlesias de Ussel ölkə hökumətindən Avropa Parlamentinin Rusiyanın Kataloniya separatçıları ilə əlaqələri ilə bağlı gəldiyi nəticəbarəsində araşdırma aparmağı xahiş ediblər. Onlar bununla əlaqədar parlamentə məktub ünvanlayıblar:
“Aprelin 26-da Avropa Parlamenti xarici müdaxilələr üzrə xüsusi komissiyanın köməyi ilə Rusiya və Kataloniya separatçı hərəkatı arasında əlaqəni təsdiqləyib və buna görə də bu hadisələrin hərtərəfli araşdırılmasını tələb edir”.
Bununla bağlı parlamentarilər Avropa Parlamentinin dərc etdiyi xüsusi komissiyanın hesabatı ilə bağlı hökumətə onun planları ilə bağlı bir sıra suallar verib və bu gün Rusiya ilə Kataloniya separatçılarının əməkdaşlıq edib-etməməsinə aydınlıq gətiriblər.
Hökumət iddia edilən əlaqənin bu gün olub-olmadığını bilirmi? Bununla bağlı hansı tədbirlər görülürmü?" - məktubda deyilir.
Aprelin 26-da Avropa Parlamentinin xarici müdaxilələr üzrə xüsusi komissiyasının üzvləri Rusiya ilə Kataloniya separatçı hərəkatı arasında əlaqəni etiraf edib və baş verənlərin təfərrüatlarını araşdırmaq üçün “hərtərəfli” araşdırmaya çağırıblar. Parlamentin xarici müdaxilələr üzrə komitəsinin hesabatında qeyd olunur ki, Avropa İttifaqı “Rusiyanın Avropa ərazilərində separatçı hərəkatlara genişmiqyaslı müdaxiləsindən narahatdır”.
Tarix: 24-05-2023, 09:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}