Zalujnının raket zərbəsi zamanı yaralanması xəbərinə Ukraynadan daha bir cavab


Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş komandanı Valeri də Zalujnının yaralanması ilə bağlı xəbərləri təkzib edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Oleksiy Danilov tviter paylaşımında bildirib. O, Ukrayna Prezidenti Vladimir Zelenskinin bu gün səhər Zalujnının hesabatını dinlədiyini qeyd edib.
“24 may 2023-cü il saat 10:00-da USQ-nin Ali baş komandanı Vladimir Zelenski Baş Qərargahın iclasında USQ-nin Baş komandanı Valeri Zalujnının və baş qərargahın digər üzvlərinin hesabatlarını dinləyib”, – Danilov vurğulayıb.
Xatırladaq ki, ötən gün Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar da açıqlamasında generalın yoxa çıxması və ya ağır yaralanması ilə bağlı rus mətbuatının yaydığı məlumatları təkzib etmiş, Valeri Zalujnının öz işinin başında olduğunu bildirmişdi.
Tarix: 24-05-2023, 22:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}