DİVERSİYA QRUPU YENƏ BELQOROD ƏRAZİSİNDƏ – Yeni görüntülər yayıldı + VİDEO



Mayın 22-də Rusiyanın Ukrayna ilə həmsərhəd Belqorod vilayətində bir neçə kəndi ələ keçirmiş diversiya qrupunun üzvləri yenidən həmin ərazilərə daxil olublar.
“AzPolitika.info” xəbər verir ki, özlərini Putin hakimiyyətinə qarşı vuruşan ruslardan ibarət “Rusiya Könüllüləri Korpusu”nun üzvləri adlandıran hərbi geyimli və silahlı şəxslər Belqoroddakı yaşayış məntəqələrinin birinin poçt bölməsinin qarşısından videomüraciət paylaşıblar.
Hərbçilər videomüraciətdə təkrarən Belqorod ərazisinə daxil olduqlarını və bunun döyüşlə, yoxsa sakitcə baş verməsinin vacib olmadığını bildiriblər: ““Rusiya Könüllüləri Korpusu” yenə mümkün olmayanı etdi. Biz yenə vətəndəyik… Neçənci dəfədir ki, Rusiya ərazisinə daxil oluruq – döyüşlərlə, yoxsa sakitcə, bunun fərqi yoxdur!”
Dəstə üzvləri bildiriblər ki, “maübarizə alovu bütün Rusiyanı bürüyəcək”.


Poçt şöbəsinin üzərindəki lövhədə yazılanlardan belə aydın olur ki, döyüşçülərin bu videonu çəkdiyi yer Belqorodun Qrayvoron rayonunun Qlotovo kəndidir.
Mütəxəssislərin bildirdiyinə görə, bu videoçəkiliş bir daha göstərir ki, Rusiyanın Ukrayna ilə sərhəd vilayətlərinin təhlükəsizliyini qorumaq imkanları məhduddur. Bundan istifadə edən diversiya qruplarının həmin ərazilərdə keçirdikləri əməliyyatların sayı və miqyası isə daha da artacaq.





Tarix: 25-05-2023, 15:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}