ABŞ Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb - "Bloomberg"

ABŞ Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb - "Bloomberg"

Pentaqon cümə günü Ukrayna üçün 2 milyard dollardan çox dəyəri olan hava hücumundan müdafiə sursatları da daxil olmaqla, uzunmüddətli silah paketini elan etməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, "Bloomberg"in məlumatına görə, Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (UTYT) çərçivəsində ayrılacaq vəsait raket buraxılış qurğuları və "Hawk" raketlərinin, eləcə də iki ədəd yeni növ "Patriot" hava hücumundan müdafiə raketlərinin alınmasına yönəldiləcək.
Onlardan birinin "Lockheed Martin" şirkətinin istehsalı olan "Patriot Advanced Capability Missile-3" (Pac-3) olacagı məlum olub. Digəri isə "Raytheon Technologies"dən "Guidance Enhanced Missile" (GEM-T) adlanır.
"Ukraynaya verilməsi nəzərdə tutulan "GEM-T"nin "PAC-3" raketinə əlavə olaraq taktiki ballistik raketlər, qanadlı raketlər və ya düşmən təyyarələri ilə vuruşmaq üçün təkmilləşdirilmiş imkanları təmin edir", - deyə məlumatda bildirilir.
UTYT-nün xidməti Ukraynanın hava hücumundan müdafiə sisteminə Rusiyanın işğalı ilə mübarizədə kömək etmək üçün əvvəlki səylərə əsaslanacaq. "Bloomberg"in qeyd etdiyi kimi, proqram döyüş meydanında dərhal istifadə üçün deyil, ölkənin uzunmüddətli təhlükəsizlik ehtiyaclarını ödəmək üçün aylar və hətta illərlə çatdırılma tarixləri olan müqavilələri nəzərdə tutur.
Nəşr xatırladır ki, ABŞ ötən ilin noyabrında "Hawk" sistemlərini öz ehtiyatlarından tədarük edəcəklərini açıqlasa da, onlar UTYT hesabına təmir edilməli olublar.
“Ukraynanın şəhərlərə qarşı son hava və yerdən qanadlı, həmçinin ballistik raket hücumlarına qarşı durmaq, eləcə də çoxdan gözlənilən əks-hücumda Rusiya təyyarələrindən mühafizəni təmin etmək üçün hava hücumundan müdafiə sistemi əsas prioritet olub”, - deyə "Bloomberg" yazır.
Tarix: 9-06-2023, 09:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}