Xameneinin müşavirindən ŞOK TƏHDİD: İsrail səfirliklərinin...


Dünyanın müxtəlif yerlərindəki İsrail səfirlikləri artıq təhlükəsiz deyil.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın ali dini liderinin hərbi müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi bazar günü İranın Dəməşqdəki konsulluğuna edilən hücumlara münasibət bildirərkən deyib.
"İsrail səfirliklərinin heç biri artıq təhlükəsiz deyil. Gözləyib nə olacağını görəcəyik", - İran telekanalı onun sözlərini sitat gətirib.
O, iki general da daxil olmaqla 7 İran zabitinin ölümü ilə nəticələnən hücumda İsraili günahlandırıb.
Amerika rəsmiləri hesab edir ki, Tehran hücuma ciddi cavab verməyə hazırlaşır.



Tarix: 7-04-2024, 21:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}