İranın İsrailə hücumuna dünyadan reaksiya - Yenilənib

iranin-israile-hucumuna-dunyadan-reaksiya
İranın İsrailə hücumundan sonra dünyanın hər yerindən reaksiyalar gəlməkdə davam edir.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev məsələ ilə bağlı bəyanatla çıxış edib.
Aşağıda qeyd edilən ölkə və təşkilatlar isə hücumu kəskin şəkildə qınayıb:
Böyük Britaniya
Britaniyanın Baş naziri Rişi Sunak “X” hesabında paylaşım edib:
“İran rejiminin İsrailə qarşı düşünmədən hücumunu ən sərt şəkildə qınayıram. İran bir daha göstərdi ki, öz həyətinə xaos toxumu səpmək niyyətindədir”.
Sunak İngiltərənin İordaniya və İraq, eləcə də İsrail də daxil olmaqla bütün regional tərəfdaşlarının təhlükəsizliyini müdafiə etməyə davam edəcəyini vurğulayıb:
“Vəziyyəti sabitləşdirmək və gərginliyin daha da artmasının qarşısını almaq üçün müttəfiqlərimizlə təcili olaraq işləyirik. Heç kim daha çox qan tökülməsini istəmir”.
Fransa
Fransanın XİN başçısı Stefan Sejurne “X”də verdiyi açıqlamada İranın bölgədə hərbi gərginliyi artırma riskini götürdüyünü bildirib.
O, Fransanın İsrailin təhlükəsizliyinə sadiqliyini və bu ölkə ilə həmrəy olduğunu bir daha bəyan edib.
Niderland
Niderland müvəqqəti hökumətinin Baş naziri Mark Rutte sosial media hesabında Yaxın Şərqdəki vəziyyətdən çox narahat olduğunu bildirib:
“Niderland İranın İsrailə hücumlarını şiddətlə qınayır. Hadisələrin daha da genişlənməsinin qarşısı alınmalıdır. Biz indicə müdafiə naziri və xarici işlər naziri ilə son vəziyyətlə bağlı əlaqə saxladıq. Hadisələri yaxından izləməyə davam edirik”.
Avropa İttifaqı
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Aİ-nin də İranın İsrailə qarşı hücumlarını kəskin şəkildə pislədiyini bəyan edib:
“Aİ İranın İsrailə qarşı qəbuledilməz hücumunu qətiyyətlə pisləyir. Bu, görünməmiş gərginlik və regional təhlükəsizliyə ciddi təhdiddir”.
***
Almaniya
Almaniyanın xarici işlər naziri Annalena Berbok İranın İsrailə hücumunu pisləyib.


“Qafqazinfo” xəbər verir ki, o, bu “X”də paylaşım edib.
“Biz bütün bölgəni xaosa sürükləmək riski ilə davam edən hücumu ən sərt şəkildə qınayırıq. İran və onun müvəkkilləri bunu dərhal dayandırmalıdır. Bu saatlarda biz İsrailin yanında möhkəm dayanırıq”.
***
Birləşmiş Millətlər Təşkilatı
BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailə qarşı genişmiqyaslı hücumunu kəskin şəkildə pisləyib.
Quterreş regionda dağıdıcı eskalasiya potensialı ilə bağlı dərin həyəcan ifadə edərək, tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb:
“Mən bütün tərəfləri Yaxın Şərqdə müxtəlif cəbhələrdə böyük hərbi qarşıdurmalara səbəb ola biləcək hər hansı hərəkətdən qaçmaq üçün maksimum təmkin nümayiş etdirməyə çağırıram”.
***
İspaniya
İspaniyanın Baş naziri Pedro Sançes İranın İsrailə hücumundan sonra  narahatlığını ifadə edib.
Bu haqda o, “X”də paylaşım edib:
“Hər nəyin bahasına olursa olsun regional eskalasiyadan qaçınmaq lazımdır”.
Baş nazir bölgədəki ispanlara xidmət etmək üçün ərazidəki səfirlikləri ilə əlaqə saxladığını əlavə edib.
Portuqaliya
Portuqaliyanın Baş naziri Luis Monteneqro da hökumətinin hücumu şiddətlə qınadığını bildirib.
“Biz zorakılığın artmasının qarşısını almaq üçün təmkinli olmağa çağırırıq”.
Hər nəyin bahasına olursa olsun regional eskalasiyadan qaçınmaq lazımdır.
***
Kanada
Kanadanın Baş naziri Castin Trüdo İranın hücumundan sonra İsrailin yanında olduqlarını bəyan edib.
“Kanada İranın İsrailə qarşı hava hücumlarını birmənalı şəkildə qınayır. Biz İsrailin yanındayıq. İsrailin özünü və xalqını bu hücumlardan müdafiə etmək hüququnu dəstəkləyirik”.
Tarix: 14-04-2024, 07:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}