ABŞ Rusiyanın 300 milyardlıq pulundan nə qədərini Kiyevə verəcək?


ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək məqsədilə istifadə edilməsinə icazə verən qanun layihəsini təsdiqləyib. Bu qanun layihəsi yaxın vaxtlarda Senatda baxılacaq, sonra isə imzalanmaq üçün prezident Baydenin masasına gedəcək.
Azpost.info bildirir ki, qanun imzalandıqdan sonra ABŞ dondurulmuş məbləğdən 4-5 milyard dollar çıxara bilərlər. Bu məbləğ qanun layihəsində göstərilib. Bu isə Rusiyanın qızıl-valyuta ehtiyatlarının ABŞ banklarında saxlanılan və xüsusi əməliyyat başlayandan sonra dondurulmuş payıdır.
Ukraynanın bu pulu dəqiq necə alacağı hələ tam aydın deyil. Onun bir hissəsi ona kredit şəklində veriləcək. Bir hissəsi isə hərbi yardım şəklində ola bilər.
Müharibə başladıqdan sonra Qərb ölkələri (eləcə də Yaponiya və Avstraliya) Rusiyanın təxminən 300 milyard dollar qızıl-valyuta ehtiyatlarını dondurublar. Rusiyanın qızıl-valyuta ehtiyatlarının əsas hissəsi – 200 milyard dollar Avropada saxlanılır. Bu aktivlər 2022-ci ilin fevralından bloklanıb. ABŞ  uzun müddətdir ki, Avropa İttifaqından bu pulları müsadirə etməyi tələb edir. Ancaq “Köhnə Dünya” buna müqavimət göstərir.
Avropalılar qorxurlar ki, cavab olaraq Rusiyada dondurulmuş aktivləri əllərindən alınacaq.
Maliyyə Nazirliyi Anton Siluanovun açıqlamasına görə, Rusiyada 300 milyard dollara yaxın xarici aktivlər də dondurulub. Rusiya hesablarında Qərb şirkətlərinin pulları, qiymətli səhmləri var. Üstəlik bir çox xarici şirkətlərin, o cümlədən dövlət şirkətlərinin Rusiyada filialları var.
Digər tərəfdən Avropa Rusiyanın ehtiyatlarını müsadirə edərsə, o zaman artıq ciddi problemlər yaşayan avrozonadan Çin, ərəb və digər kapitalın axını başlayacaq. Ona görə də avropalılar Rusiyanın aktivlərini müsadirənə müqavimət göstərirlər.


Tarix: 22-04-2024, 10:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}