NATO Polşada nüvə qüvvələri yerləşdirir? – Stoltenberq açıqladı


“NATO-nun Polşada nüvə qüvvələri yerləşdirmək planı yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını dəyişmək niyyətində deyil.
Polşa prezidenti Anjey Duda isə NATO-nun Nüvə Bölgüsü proqramı çərçivəsində nüvə silahlarının ölkədə yerləşdirilməsi imkanlarını ABŞ-la dəfələrlə müzakirə etdiyini açıqlayıb. Duda, NATO nüvə başlıqlarının Polşada potensial yerləşdirilməsinin Rusiyanı cilovlamaq üçün bir addım olacağını diqqətə çatdırıb.
Tarix: 23-04-2024, 22:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}