Sərhədin delimitasiyasına etiraz edən bir qrup şəxs İrəvan-Gümrü yolunu bağlayıb

news content



Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmalara etiraz edən 20 nəfərə yaxın insan səhər saatlarından etibarən İrəvan-Gümrü yolunu bağlayıb.
"Sputnik-Armenia"yanın xəbərinə görə, polis əməkdaşlarının səylərinə baxmayaraq hələlik ərazidə nəqliyyatın hərəkətini bərpa etmək mümkün olmayıb.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.

Tarix: 28-04-2024, 16:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}