Paşinyan Putinə açıq şəkildə HÖRMƏTSİZLİK ETDİ və... - GƏLİŞMƏ

Paşinyan Putinə açıq şəkildə HÖRMƏTSİZLİK ETDİ və...
“Ermənistanın baş nazirinin mayın 9-da keçirilən paradda iştirak etməməsi nəinki Ermənistan-Rusiya münasibətlərinə kölgə salır, həm də Böyük Vətən Müharibəsində iştirak etmiş erməni əsgərinə hörmətsizlik kimi görünür”.

Moderator.az xəbər verir ki, bunu rusiyalı politoloq Boqdan Bezpalko “Alpha News” nəşrinə mayın 8-də keçirilmiş Ermənistan-Rusiya danışıqlarını, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 9-da keçiriləcək qələbə paradında iştirak etməməsini şərh edərkən söyləyib.

“Əlbəttə, Moskvada bir gün qalmaq və Qələbə Paradında iştirak etmək istəməmək, mənim nöqteyi-nəzərimə görə, yalnız Rusiya liderinə deyil, bütövlükdə Rusiyaya və rus xalqına hörmətsizliyin təzahürüdür. Bu, Böyük Vətən Müharibəsi illərində çox şanlı döyüşmüş ermənilərə qarşı hörmətsizlikdir. Yeri gəlmişkən, Qarabağ ərazisində cəmi bir kənddən 2 marşal çıxıb və onlardan ən məşhuru Stalinqrad döyüşünün qəhrəmanı İvan Xristoforoviç Baqramyandır. Və çox qəribədir ki, Ermənistan lideri bu insanların xatirəsinə hörmət etmək istəmir. Məncə, bu, demarşdır.
Amma hələ də münasibətlərin qalıqlarını qorumaq və açıq münaqişəyə getməmək imkanı olduğu halda, bizim rəhbərliyimiz bu cür addımlara anlayışla yanaşacaq”, - deyə politoloq yekunlaşdırıb.
Tarix: 9-05-2024, 10:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}