İcra başçısını anım mərasimində yağışdan qoruyan şöbə müdiri imiş

İcra başçısını anım mərasimində yağışdan qoruyan şöbə müdiri imiş
Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Qazax rayonunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun başı üzərində çətir tutdurması tənqid obyektinə çevrilib.

Yayılan məlumata görə Rəcəb Babaşov Xocalı abidəsini ziyarət edərkən yağışdan qorunmaq üçün mühafizəçisinin çətir tutduğu foto əks olunub.

Ancaq Azinforum.az saytının apardığı araşdırmadan sonra məlum olub ki, icra başçısına bu "nəcib” jesti edən şəxs mühafizəçi yox, birbaşa Rəcəb Babaşovun rəhbərliyi altında çalışan dövlət qulluqcusudur. Məlum olub ki, çətiri tutan şəxs Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vəliyev Adil Seyfəddin oğludur.

Məsələ ilə bağlı BiG.AZ saytı Qazax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova qeyd edib ki, çətir tutdurmaqda heç bir problem yoxdur: "Çətir tutmaqda nə problem var ki? Bu cür boş-boş söhbətlər əvəzinə görülən işlərdən, aparılan abadlıq işlərində danışmaq lazımdır”.
Tarix: 8-03-2018, 22:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}