"Oktay İsgəndərova məxsus olan apteklər şəbəkəsi qanunsuz fəaliyyət göstərir..." - İTTİHAM
Ucar Rayon Mərkəzi Xəstəxanası barədə Səhiyyə Nazirliyinə şikayətlər getməkdədir. Bu səhiyyə ocağında özbaşınalıq, rüşvət tüğyan edir.
Bu məsələdə baş həkim öz müavini Xaləddin Qafarovu qabağa verərək rayon xəstəxanasının bazara çevrilməsində onun xidmətlərindən istifadə edir.
Bu haqda icxeberler.info yazıb ki, əlillik almaq üçün müraciət edən vətəndaşları süründürür, sonra pulunu alıb işini görür.
Kim pul verir, xəstəlik sənədləri Tibbi Sosial Ekspertiza Komissiyasina göndərilir. Onun əvvəllər müsavatçı olduğu, sonra sabiq nazir Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun himayəsinə keçdiyi iddia edilir.
Baş həkim X.Qafarovun xəstəxanaya müavin gəldikdən sonra bacarığından yüksək səviyyədə istifadə etməkdədir. Xəstəxanada şəkər və onkoloji xəstələrin dərmanlarının verilməsində nöqsanlardan narazılıq edilir.
Amma təkcə müavin X.Qafarov deyil. Bu il Zərdabın Çallı kənd sakini Məmmədov Qənimət Tehran oğlu tərəfindən xalqxeber.az-da dərc olunan şikayət məktubunda deyilirdi ki, Ucar Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Oktay İsgəndərova məxsus olan apteklər şəbəkəsi qanunsuz fəaliyyət göstərir.
Ucar rayonunun Azərbaycan, Oğuz, Nərimanov küçəsi ərazilərində böyük aptekləri fəaliyyətdədir. Ötən illərdə Ucar xəstəxanasında hansı vəhşilklər olması, ana-balanın girov salxanması və s. haqda hələ danışmırıq.
Sanki bura şəfqət ocağı, xəstə insanları pənah aparıb köməklik gözlədiyi yer yox, gestapodur, düşmən tərəfidir, supermarketdir. Nə pulsuz xidmət var, nə də normal qarşılanma. Qapıçıdan tutmuş həkimə qədər rüşvət uzanır.
Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şobəsinin baş həkimi Cavanşir Qədirov məndən 450 manat «xidmət haqqı» istəyir» .
Bunu isə bir müddət əvvəl pia.az-a şikayət məktubu ünvanlayan Ucar rayonu Oğuz küçəsi bina 15 mənzil 5 də yaşayan Purqafari Azər Ələsgər oğlu bildirirdi.
Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şobəsinin baş həkimi Cavanşir Qədirov ondan rüşvət olaraq 450 manat tələb edir və bu pulu verməyəcəyi təqdirdə onu cəzalandıracağı ilə təhdid edib.
Bundan başqa, Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsində qeysər kəsiyi əməliyyatı olunan 20 yaslı Zərdab rayon sakini Sayad Abdulrəhmanova yeni uşaq dünyaya gətirərkən dünyasını dəyişib.
Gənc ananın ölümündə də məhz Cavanşir Qədirovun adı hallanırdı. Bundan başqa Cavanşir Qədirov qardaşı Natiq Qədirov tərəfindən bıçaqlanıb.
Yəni, bu xəstəxananın həkimləri haqda bir normal xəbər qarşımıza çıxmır: Qafarov bazar açıb, İsgəndərov aptek açıb, Qədirov isə gah ölüm işi, gah bıçaqlanma ilə gündəmə gəlib.
Nə deyirik, baş həkimə səbr arzulayırıq və adıçəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq…
Tarix: 25-01-2019, 17:20
-
Bu gün, 18:13
PARLAMENTDƏKİ BİZNESMEN-DEPUTAT BOLLUĞU... - Yeni Milli Məclisdə də onlara ehtiyac olacaqmı?
-
Bu gün, 15:31
Bakının bu qəsəbəsində zibili hələdə "Uzunqulaq"la daşıyırlar?-VİDEO
-
Bu gün, 15:11
Keçmiş işçiləri "Araz Supermarket"i məhkəməyə verdilər - Əmək haqqı tələbi
-
Bu gün, 15:02
Davranış qaydalarını pozan məktəb direktoru işdən QOVULDU
-
Bu gün, 14:56
“Azərbaycanda əməkhaqqı artımı yox, daha çox gizli ödənişin azaldılması prosesi getdi”
-
Bu gün, 14:46
Bakı-Tehran arasında son durum: Rəisinin ölümü nəyi dəyişə bilər?
-
Bu gün, 14:42
Gəncə Dövlət Universitetində yoxlama başlayıb
-
Bu gün, 11:17
MİQ və problemlər...
-
Bu gün, 11:12
Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video
-
Bu gün, 09:32
Rəisi Təbrizdə DƏFN EDİLMƏYƏCƏK - Yer və tarix dəqiqləşdi
-
Bu gün, 08:55
Yağlıvənd faciəsindən bəhs edən film çəkilb
-
Bu gün, 08:47
Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...
-
Bu gün, 08:45
DEV CÜSSƏLI, UŞAQ QƏLBLI DEV JURNALIST
-
Bu gün, 08:44
" `Azercell` kimi cibgir bir özüdür..." - NARAZILIQ VAR...
-
Bu gün, 08:44
Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT
-
Bu gün, 08:44
Kəmaləddin Heydərov xanım idarə rəisini işdən çıxardı - ƏMR
-
Bu gün, 08:43
Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı - SİYAHI
-
Bu gün, 08:43
Kəlbəcərin mərkəzində vətəndaşlar öz evlərini TİKƏ BİLMƏYƏCƏK! - SƏBƏB İSƏ...
-
Bu gün, 08:43
«Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT
-
Bu gün, 08:43
Kredit götürən şəxs həlak oldu, bank onun qohumlarını... – Deputatdan açıqlama
-
Bu gün, 08:42
Əmlak Məsələləri Dövlət Xidməti “Rahatlığın Məkanı-Gold” MTK-nı məhkəməyə verdi
-
Dünən, 23:04
“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – Video
-
Dünən, 22:59
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 22:27
Azərbaycanda məktəbdə ÖZBAŞINALIQ: Direktor məktəbi diskotekaya çevirib - VIDEO
-
Dünən, 22:21
YALTAQLIQ - Eldəniz Quliyev yazır
-
Dünən, 22:12
Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?
-
Dünən, 18:42
Xızıda özbaşınalıq edən məmur KİMDİR? - GİLEY
-
Dünən, 18:40
QAZAX: SALLAQXANADA ƏVVƏL HEYVANI KƏSIR, SONRA CƏMDƏYINI “MÜAYINƏ” EDIRLƏR
-
Dünən, 18:38
İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu – Pulumuzu 2 aydır ki, vermir...
-
Dünən, 18:36
Keyfiyyət yox, məbləğ YÜKSƏKDİR: - Otellərində qiymətlər niyə bahadır?
{sape_links}{sape_article}