“Nə iş təklif edirlər, nə də işsiz kimi qeydə alırlar” - GİLEY
Ağdam rayon Quzanlı qəsəbəsində yaşayan rayonun Baş Qərvənd kəndindən məcburi köçkün İlhamiz İsmayılov rayon icra hakimiyyətindən şikayətçidir.
Onun “Yeni Müsavat”a bildirdiyinə görə, 3 ildir işlədiyi rayon mənzil kommunal təsərrüfat birliyindəki elektrik mantyoru vəzifəsindən azad edilib: “Bizlə hər 11 aydan bir yeni müqavilə imzalanırdı. Bu il köhnə müqavilənin müddəti bitib iki aydır, yenisini də imzalamırlar. Deyirlər, fondda pul yoxdur. Tək mən deyiləm, 100-ə yaxın işçini belə ediblər”.
İ.İsmayılovun dediyinə görə, işi Quzanlı qəsəbəsindəki yaşıllıqları suvaran nasoslara qulluq imiş: “Çox az sayda adam saxlayıblar, onlar də özlərinə yaxın olanları. Mənim övladımın biri Daun xəstəsidir, həyat yoldaşım isə gözdən əlildir. Beş nəfərlik ailə iki aydır iki əlilin müavinəti ilə dolanırıq”.
Maraqlıdır ki, İ.İsmayılov işdən azad olunan kimi Ağdam rayon Məşğulluq Mərkəzinə müraciət edib: “Dedim, heç olmasa işsiz qaldığım dövr üçün işsizlik müavinəti ala bilim. İki aydır müraciət etmişəm, onlardan da bir xəbər çıxmır. Nə iş təklif edirlər, nə də işsiz kimi qeydə alırlar”.
Şikayətçi bildirir ki, rayon icra hakimiyyəti başçısının məsələdən xəbəri var: “Mümkün deyil ki, bir rayonun idarəsindən 100-ə yaxın adamı işdən çıxaralar, icra başçısının xəbəri olmasın...”
Əvvəllər İ.İsmayılov Quzanlı qəsəbəsində evlərinin yaxınlığındakı 3-4 sotluq ərazidə əkin-biçinlə məşğul olub: “Az-çox əkib-biçir, ərzaqlarımızın bir hissəsini əldə edə bilirdik. İndi də deyirlər, orada qaçqınlar üçün yeni evlər tikiləcək, əkib-biçmək olmaz. Bəs mən ailəmi nə ilə dolandırım? Beş nəfər ailə üzvündən ikisinin əmək qabiliyyəti yoxdur, əlildir. Torpaq yox əkib becərməyə, iş yox. Mən bu əlilləri nə ilə yedizdirim axı? Niyə işçiləri ixtisar edərkən ailələrin vəziyyətini nəzərə almırlar? Dövlət başçısı, hörmətli Mehriban xanım işçilərin kütləvi şəkildə işdən çıxarılmamasını dəfələrlə tapşırıblar. Amma bu tapşırıqların Ağdam Rayon İcra Hakimiyyətinə aidiyyəti yoxdur, deyəsən...”
P.S. Məsələ ilə bağlı Ağdam Rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışdıq, amma qurumun telefonlarına cavab verən olmadı.
Tarix: 12-02-2019, 10:49
-
Dünən, 18:13
PARLAMENTDƏKİ BİZNESMEN-DEPUTAT BOLLUĞU... - Yeni Milli Məclisdə də onlara ehtiyac olacaqmı?
-
Dünən, 15:31
Bakının bu qəsəbəsində zibili hələdə "Uzunqulaq"la daşıyırlar?-VİDEO
-
Dünən, 15:11
Keçmiş işçiləri "Araz Supermarket"i məhkəməyə verdilər - Əmək haqqı tələbi
-
Dünən, 15:02
Davranış qaydalarını pozan məktəb direktoru işdən QOVULDU
-
Dünən, 14:56
“Azərbaycanda əməkhaqqı artımı yox, daha çox gizli ödənişin azaldılması prosesi getdi”
-
Dünən, 14:46
Bakı-Tehran arasında son durum: Rəisinin ölümü nəyi dəyişə bilər?
-
Dünən, 14:42
Gəncə Dövlət Universitetində yoxlama başlayıb
-
Dünən, 11:17
MİQ və problemlər...
-
Dünən, 11:12
Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video
-
Dünən, 09:32
Rəisi Təbrizdə DƏFN EDİLMƏYƏCƏK - Yer və tarix dəqiqləşdi
-
Dünən, 08:55
Yağlıvənd faciəsindən bəhs edən film çəkilb
-
Dünən, 08:47
Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...
-
Dünən, 08:45
DEV CÜSSƏLI, UŞAQ QƏLBLI DEV JURNALIST
-
Dünən, 08:44
" `Azercell` kimi cibgir bir özüdür..." - NARAZILIQ VAR...
-
Dünən, 08:44
Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT
-
Dünən, 08:44
Kəmaləddin Heydərov xanım idarə rəisini işdən çıxardı - ƏMR
-
Dünən, 08:43
Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı - SİYAHI
-
Dünən, 08:43
Kəlbəcərin mərkəzində vətəndaşlar öz evlərini TİKƏ BİLMƏYƏCƏK! - SƏBƏB İSƏ...
-
Dünən, 08:43
«Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT
-
Dünən, 08:43
Kredit götürən şəxs həlak oldu, bank onun qohumlarını... – Deputatdan açıqlama
-
Dünən, 08:42
Əmlak Məsələləri Dövlət Xidməti “Rahatlığın Məkanı-Gold” MTK-nı məhkəməyə verdi
-
20-05-2024, 23:04
“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – Video
-
20-05-2024, 22:59
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
20-05-2024, 22:27
Azərbaycanda məktəbdə ÖZBAŞINALIQ: Direktor məktəbi diskotekaya çevirib - VIDEO
-
20-05-2024, 22:21
YALTAQLIQ - Eldəniz Quliyev yazır
-
20-05-2024, 22:12
Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?
-
20-05-2024, 18:42
Xızıda özbaşınalıq edən məmur KİMDİR? - GİLEY
-
20-05-2024, 18:40
QAZAX: SALLAQXANADA ƏVVƏL HEYVANI KƏSIR, SONRA CƏMDƏYINI “MÜAYINƏ” EDIRLƏR
-
20-05-2024, 18:38
İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu – Pulumuzu 2 aydır ki, vermir...
-
20-05-2024, 18:36
Keyfiyyət yox, məbləğ YÜKSƏKDİR: - Otellərində qiymətlər niyə bahadır?
{sape_links}{sape_article}