Salyan rayon İcra Hakimiyyəti kollektoru qazdırıb yolun üzərinə tökdürdü — BİABIRÇI FOTOLAR

               Salyan rayonunun Şorsulu kənd sakinləri İcra Hakimiyyətindən və ərazi nümayəndəsindən şikayətçidir. 


Sakinlər Millətinsəsi.info-ya bildirib ki, Salyan rayonunun Şorsulu kənd ərazi nümayəndəsi kənddən keçən kollektorun qazdırılması üçün rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti isə kəndə ekskavator göndərib. Ancaq meliorasiya işləri düzgün görülməyib. İcra Hakimiyyətinin göndərdiyi ekskavatorçu kollektoru qazaraq, palçığı insanların intensiv istifadə etdiyi yolun üzərinə töküb.


Kənd sakini olan şikayətçi Elşən Mustafayev deyir ki, onsuzda bərbad vəziyyətdə olan yol daha pis vəziyyətə düşüb. 

"Hazırda yolun üzərində palçıq təpələri yaradılıb. Nə avtomobillə, nə də piyada rahat hərəkət etmək mümkün deyil. Biz bununla bağlı Salyan rayon İcra Hakimiyyətinə də şikayət etmişik. Hələ ki, bir tədbir görülməyib", - deyə şikayətçi bildirir.

Millətinsəsi.info şikayətçilərin ərazidən çəkdiyi fotoları təqdim edir.

 

Tarix: 21-02-2019, 22:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}