“Su ehtiyatlarımızın qaynaqlandığı Kəlbəcərin Azərbaycana verilməsini təsəvvür edə bilərikmi?..”


“Hətta Bakı da Laçının Artsaxın nəzarətində qalmasını qəbul edir...”




Ermənistan politoloqu Ruben Marqaryan  “Ermənistanın səsi” nəşrindəki məqaləsində növbəti dəfə Azərbaycana qarşı həyasız bəyanatlar səsləndirib. 
 
Moderator.az xəbər verir ki, üzdəniraq erməni siyasətşünası “Karvaçar, yoxsa Kəlbəcər” adlı yazısını Azərbaycan ictimaiyyəti üçün də maraqlı olan bir sualla başlayır: 

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi zamanı bağlı qapılar arxasında nələr baş verir? Bəyanatlar bir-birinə ziddir: gah eşidirik ki, əsaslı sənəd ətrafında danışıqlar aparılmır, sadəcə, “müqəddimə” var, ya da danışıqlar masasında konkret sənədin olduğu deyilir...”

Daha sonra Qarabağa aid gündəmdə olan  bəzi məsələlərə xeyli qərəzli şərhlər verən R.Marqaryan Azərbaycan üçün strateji məsələlərdə baltanı kökündən vurur:

“Məlumdur ki, hamı, hətta Bakı da - Berdzor rayonunun (Laçın) Artsaxın nəzarətində qalmasını qəbul edir, bu mübahisə doğurmur. Bu, Ermənistanla bir əlaqə və təhlükəsizlik qarantiyasıdır. Ancaq eyni şey Karvaçar (Kəlbəcər) bölgəsinə də aiddir. Lakin Bakı Artsaxın son statusu təyin olunana qədər Kəlbəcərin Azərbaycanın nəzarəti altına verilməsini təkid edir və bu, yenə də erməni tərəfləri üçün qəbuledilməzdir. Ümid edilir ki, Nikol Paşinyan da bu mövqedədir və  nizamlanmanın Azərbaycan xalqının da xeyirinə olmasından danışanda o,  Karvaçarı nəzərdə tutmur...” 

Məqaləsinin sonunda isə düşmən politoloqu ermənilərin heç bir vəchlə Kəlbəcərin Azərbaycana qaytarılmasına razı olmayacağını bir daha vurğulayır:

“Su ehtiyatlarımızın qaynaqlandığı, başlandığı Karvaçarın  Azərbaycana verilməsini necə təsəvvür edə bilərik? Kim bu addımı ata, bütün Ermənistanı uçuruma sürükləyə və ya yeni bir soyqırımı təhlükəsinə ata bilər? Düşünmürəm ki, hər hansı bir həssas və vətənpərvər insan bu yolu tutacaq..."

P.S.  Bütün bunlardan sonra ağlı başında olan, bu xalqın torpağın qeyrətini çəkən Azərbaycan vətəndaşı, rəsmisi bir daha Qarabağın danışıqlar, sülh yoluyla azad olunacağından danışa, jurnalist, yaxud deputatların qarşılıqlı səfərlərinin “münaqişənin ədalətli həllinə təkan verəcəyi”ni dilə gətirərmi?..

Sultan Laçın
Tarix: 28-11-2019, 21:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}