Azərbaycanda biabırçı məktəb binası - Siçovullar sinif otağında gəzişir VİDEO



İmişli rayon Qaravəlli kənd tam orta məktəbinin binası bir neçə illərdir ki, qəzalı vəziyyətdədir. Burada dərs zamanı siçovullar sinif otağında gəzişirlər. Vəziyyət acınacaqlıdır. Bəs belə bir şəraiti şagirdlər necə rəva görmək olar ?! Şagirdlərin məktəb xatirələri siçovul gəzən siniflər mi olmalıdır ? Rayon təhsil şöbəsinin açıqlamasını təqdim edirik.
Musavat.com xəbər verir ki, uçuq-sökük sinif otaqları, zirzəmisi görsənən koridorr. Görüntülər İmişli rayon Qaravəlli kənd tam orta məktəbindəndir.
1973-cü ildə inşa olunan məktəb binası 153 şagird yerlik nəzərdə tutulub. Tikildiyi ildən bəri fəaliyyət göstərən təhsil ocağının binası öz istismar müddətini çoxdan başa vurub.
Qaravəlli kənd sakinləri deyirlər ki, vaxtı ilə onların təhsil aldıqları məktəb elə həmin dövrdə də, qəzalı vəziyyətdə olub. Lakin buna baxmayaraq məktəb hər zaman yüksək nəticələr göstərib. Odur ki, yeni məktəb binasının tiklməsinə ehtiyyac var.
Məsələ ilə bağlı İmişli Rayon Təhsil Şöbəsindən "Xəzər Xəbər"ə bildirilib ki, Qaravəlli kənd tam orta məktəbi uyğunlaşdırılmış binada yerləşdirilib. 1973-ci ildə inşa olunan məktəbin vəziyyəti ilə bağlı Təhsil Nazirliyinə müraciət ünvanlanıb. Nazirlik tərəfindən yeni məktəbin tikintisi plana salınaraq təsdiq olunub. Növbəti ildən yeni məktəb binasının tikintisi nəzərdə tutulur.




Tarix: 9-12-2021, 10:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}