Şəmkirdə "20 Yanvar Şəhidlər muzeyi" bərbad vəziyyətdədir, icra başçısı da maraqlanmır - FOTOLAR



Şəmkirdə "20 Yanvar Şəhidlər muzeyi" bərbad vəziyyətdədir, icra başçısı da maraqlanmır.

Pravda.az-ın xəbərinə görə, bu barədə sabiq deputat Etibar Hüseynov bildirib.

""Kür" Şəmkirin ən böyük qəsəbəsidir. Buradakı "20 Yanvar Şəhidlər muzeyi"nin (1990-cı ildə inşa edilib) bərbad vəziyyətdə olması barədə keçmiş icra başçısının dövründə mətbuat tərəfindən dəfələrlə tənqid olunsa da, heç bir tədbir görülmədi. Belə görünür ki, yeni başçı Rəşad Tağıyev də sələfindən heç nə ilə fərqlənmir. 20 yanvara 1 həftə vaxt qalıb. Buranı abadlaşdırmaq yada düşmür. Əvəzində yəqin ki, pafos dolu çıxışlara hazırlaşırlar..." - o qeyd edib.
 Fotoları təqdim edirik




Tarix: 13-01-2022, 16:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}