Rayon Rəhbəri şəhid Verdiyev İsax Ədalət oğlunun valideyinləri ilə görüşüb


Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əslən Tərtərdən olan həmyerlimiz şəhid Verdiyev İsax Ədalət oğlunun Sumqayıt şəhərində yaşayan valideynlərini qəbul edib, onlarla səmimi söhbət edib.

İcra başçısı bildirib ki, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi xalqımız tərəfindən ehtiramla yad edilir. “Şəhidlər ölməz, Vətən bölünməz”,- şüarı ilə döyüşə gedən oğullar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizə Zəfər gününü yaşatdı.
            Verdiyev İsax Ədalət oğlu yaşasaydı 25 yaşı olacaqdı. O, 5 oktyabr 2020-ci il tarixdə Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 5 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. İsax Verdiyev Sumqayıt şəhərində “Şəhidlər xiyabanı”nda dəfn edilib. 
            Ölümündən sonra İsax Verdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif olunub. İsax Verdiyevdən yadigar bir övladı qalıb.      
Şəhid valideynləri Tərtər şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, abidənin önünə gül-çiçək dstələri düzüblər. 
            Sonra onlar şəhər 6 saylı tam orta məktəbdə şəhid Bağırlı Mirsədi Mircəfər oğlunun valideynləri ilə birgə şəhid Verdiyev İsağın adına verilmiş IXsinfinin və şəhid Bağırlı Mirsədinin adına verilmiş VIIIsinifinin açılışında iştirak ediblər, şəhidlərin keçdiyi döyüş yolu ilə tanış olublar.
            Mirsədi Bağırov 20 yaşında şəhidlik zirvəsinə ucalıb. O, 44 günlük Vətən müharibəsində əvvəlcə Kəlbəcər, sonra isə Hadrut və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib və oktyabrın 10-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub, ölümündən sonra Mirsədi Bağırov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. 
            Şəhid valideynləri sinifdə şəhidə ayrılmış “xatirə guşəsi”, Bağırlı Mirsədinin fotoşəkillərinə baxıb, onun haqqında yazılan məlumatlarla tanış olublar.
Məktəbin direktoru Azad Abbasov, rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Vətən müharibəsi veteranları İctimai Birliyinin rayon filialının sədri Vidadi Məmmədli, şəhid İsax Verdiyevin atası Ədalət Verdiyev, şəhid Mirsədi Bağırovun anası Səadət Bağırova çıxış edərək öz ürək sözlərini çatdırıb.Sonra şəhidin ailəsi onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər. Sonda məktəblilər Vətənə, şəhidlərə, Qarabağa aid şeirlər söylədilər.
Tarix: 20-05-2022, 22:21




Xəbər lenti

{sape_links}{sape_article}