Qarabağ Qazisi dövlətdən bir kömək görməyincə... - Özü öz başının çarəsinə baxdı...


44 günlük müharibədən qayıdan, ordudan tərxis olunan qazilərin bir çoxunun iş probleminin olduğu hər kəsə bəllidir. Onlar güzəranlarını təmin etmək üçün normal iş tapa bilmir, maddi sıxıntı yaşayır, nəticədə onlardakı postmüharibə sarsıntısı şiddətlənir. Bu da arzuolunmaz, xoşagəlməz hadisələrə, söz-söhbətlərə səbəb olur.

Bu cür şəxslərin içində ali təhsilli gənclər də var. Onlardan biri də Oğuz rayonunun sakini Seymur Teymurludur. Seymur çağırışçı əsgər olaraq Vətən müharibəsində iştirak edib, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətində gedən döyüşlərdə qatılıb.

O, 1 ildən çoxdur ki, hərbi xidmətdən qayıdıb və iş üçün gümanı gələn yerlərə ağız açsa da, ona hər hansı bir iş təklif edən olmayıb.

İndi gənc mütəxəssis çıxış yolunu sıfırdan başlamaqda görür və sosial şəbəkədəki dostlarına müraciət edərək yazır:

"Sonda düşünüb belə qərara gəldim ki, elə öz torpağımı əkib becərsəm daha məqsədə uyğundur. Fındıq bağımdakı ağacların sayını artırdım. Maşallah, məhsulum da bol oldu. Hazırda fındığın həm qabıqlı, həm də ləpə halında satışını sərfəli qiymətə həyata keçirirəm. İstəyənlər birbaşa özümlə əlaqə saxlaya bilərlər",- deyən Seymurun nömrəsini təqdim edirik.

Gənc qazimizə işində dəstək vermək istəyənlər onunla 050 898 01 70 nömrəsilə əlaqə saxlaya bilərlər.

Onu da qeyd edək ki, ictimai-siyasi arenada tanınan bir çox şəslər, o cümlədən tanınmış jurnalistlər gənc qazinin bu çağırışına səs veriblər və onun "reklam mətni"ni öz səhifələrində yayıblar.

Biz də bu məsələdə ona yardım etmək və bu məsələni aidiyyatı orqanların, eləcə də gənc mütəxəssis axtaran iş adamlarının diqqətinə çatdırırır.

Necə deyərlər, diqqətli olaq, hörmətli olaq.
//musavat.com//
Tarix: 23-09-2022, 15:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}