"Şəhid bulağı üçün qanuni deyil, amma başqa obyekt üçün qanunidir?" - Video


Qəbələ rayonu Vəndam qəsəbə sakini Valeh Əzizin şəhid bulağının tikintisi ilə bağlı bələdiyyəyə mürtaciəti rədd edilib.
O bu barədə Yeniavaz.com-a müraciətində bildirib.
Valeh Əzizin sözlərinə görə, müraciətinə rədd cavabı verildikdən sonra həmin ərazidə başqa obyektin tikildiyini müşahidə edib.
Məsələ ilə bağlı Qəbələ rayon Vəndam qəsəbəsinin bələdiyyə sədri Asif Həşimov bildirib ki, göstərilən sahə çay qovşağı olduğuna görə şəhid bulağının tikintisinə icazə verilməyib.
Qəbələ Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Vəndam qəsəbə sakini tərəfindən təyinatı məlum olmayan, qeyri-qanuni tikintinin hazırlıqlarına başlanılsa da, rayon icra hakimiyyəti tərəfindən qarşısı alınıb.
Daha ətraflı:
Tarix: 24-11-2022, 15:21




Xəbər lenti

{sape_links}{sape_article}