İcra başçısı Şəhid Ailəsi ilə görüşüb...

İcra başçısı Şəhid Ailəsi ilə görüşüb...
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının
və Ağsaqqallar şurasının sədrləri ilə birlikdə  Bəyimsarov kəndində Vətən Müharibəsi
qəhrəmanı şəhid polkovnik-leytenant Əliyev Anar Vaqif oğlunun ailəsi ilə görüşüb,
onların problemləri və qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi
döyüş sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə
örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü
olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın
işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri
qarşısında baş əydiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Əliyev Anar Vaqif oğlu
1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub.
Oktyabrın 21-də Xocavəndin Tuğ kəndində gedən döyüşlər zamanı qəhrəmancasına
şəhid olub. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Şəhid Anar Əliyev sağlıqında “Vətən uğrunda”, Azərbaycan Respublikası Prezidenti
adından Müdafiə nazirinin əmri ilə “Şücaətə görə”, Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinin 10 illiyi (1991-2001), Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90
illiyi (1918-2008), Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-
2013), “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli, “Qüsursuz xidmətlərə
görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları ilə, 44 günlük Vətən müharibəsində 
Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə
göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı,
"Şuşanın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə",  "Xocavəndin
azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.


İcra başçısı Şəhid Ailəsi ilə görüşüb...
İcra başçısı Şəhid Ailəsi ilə görüşüb...
İcra başçısı Şəhid Ailəsi ilə görüşüb...
Tarix: 2-02-2023, 21:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}