Jurnalist icra başçısı ilə ÇƏKİŞMƏDƏ - Baş prokurorluğa TƏŞƏKKÜR ETDİ


Dünən qeyd etdiyim kimi, Beyləqan rayon icra hakimiyyəti başçısı və ayrı-ayrı vəzifəli şəxslər barədə müraciətim əsasında açılmış cinayət işi ilə bağlı Prezident İlham Əliyevə etdiyim son müraciətimlə əlaqədar olaraq bu gün Baş Prokurorluq yanında KQMBİ dəvət edilmişdim. Dəvətlə bağlı bu günləri həmin ünvanda oldum. "Antikorrupsiya" idarəsində məni İdarənin istintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emin Cahangirov yüksək ehtiramla qəbul etdi və istintaq işinin yekun nəticələri ilə bağlı məni ətraflı şəkildə məlumatlandırdı. Yeri gəlmişkən qeyd etməliyəm ki, cinayət işi üzrə istintaq mərhələsindən məlumatsız idim və prosesin gedişi barədə konkret bilgiyə sahib deyildim.
Bu gün isə Baş prokuror Kamran Əliyevin şəxsən göstərişi ilə mən KQMBİ dəvət olunaraq istintaq prosesinin nəticələri barədə bilgiləndirilidim. Öncəliklə hörmətli Baş prokuror Kamran Əliyevə və məni qəbul edib işin hallarıni mənə ətraflı şəkildə izah edən KQMBİ-nin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emin Cahangirova dərin təşəkkürümü bildirirəm. Əslində əvvəlcədən bir jurnalist olaraq Baş prokuror Kamran Əliyevə etdiyim müraciətimə həssaslıqla yanaşılacağına, ərizəmdə qeyd etdiyim korrupsiya cinayətlərini ehtiva edən bütün elementlərin ciddi şəkildə araşdırılacağına cinayət işinin materiallarında adı keçən vəzifəli şəxslər barədə hüquq müstəvisində tədbirlər görüləcəyinə əmin idim. Belə də oldu. Əminliyini özünü doğrultdu. Hər kəs etdiyi əmələ görə öz layiqli cəzasını aldı.Bir daha ölkənin Baş prokurorluğuna və əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm.
İşin təfərrüatları barədə isə bir qədər sonra geniş yazacam. Bircə onu deyə bilərəm ki, Baş prokurorluq yanında KQMBİ tərəfindən açılmış cinayət işi üzrə 1 milyon manata yaxın pul vəsaitinin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Ramin Məhəmmədoğlu
RealMedia.az
Tarix: 18-03-2023, 08:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}