Tərtərdə "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə idman paradı və ağacəkmə aksiyası təşkil edilib - FOTO

Tərtərdə "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə idman paradı və ağacəkmə aksiyası təşkil edilib
Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Tərtər Rayon İcra
Hakimiyyətinin, Tərtər rayon Təhsil sektorunun, Tərtər rayon Mədəniyyət
Mərkəzinin birgə dəstəyi ilə Tərtərdə “5 mart – Bədən Tərbiyəsi və İdman
Günü”nə həsr edilmiş idman paradı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin
abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Qarabağ regionunu əhatə edən şəhər və rayonların idman ictimaiyyətinin
iştirakı ilə Tərtər şəhər Nizami Gəncəvi küçəsindən yürüş start götürmüş və finişi
rayonun Mərkəzi meydanı olmuşdur. Finişdə təşkil edilən tədbirin rəsmi
hissəsində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü
uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
anılmış, dövlət himni səsləndirilmiş və rəsmi hissə açıq elan edilmişdir.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış
edərək qonaqları salamlamış və qeyd etmişdir ki, hər il mart ayının 5-i
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Ölkəmizdə
Bədən Tərbiyəsi və İdman Günü Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli
Sərəncamına əsasən təsis edilib. Azərbaycanda Bədən Tərbiyəsi və İdman
Gününün mart ayının 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də
Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa
çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib.
Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın
təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və
İdman Nazirliyi yenidən təşkil edilib. Prezident İlham Əliyevin ardıcıl səyləri,
uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə
çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. İndi
nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir idman qurğuları tikilir, idman
mərkəzləri uğurla fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər,
idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab
verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə
olunacağına güclü zəmin yaradır.
Sonra Qarabağ Regional Gənclər və İdman İdarəsinin inzibati təşkilat sektorunun
müdiri Anar Şahbazov çıxış edərək bu gün Azərbaycanın beynəlxalq arenada
yaratdığı idman imicindən, eləcə də ölkəmizdə idmana və idmançılara göstərilmiş
yüksək səviyyəli dövlət qayğısından, müasir standartlara cavab verən idman
obyektlərinin ilbəil sayının artırılmasından danışıb.
Tədbirin sonunda nailiyyətli idmançılar fəxri fərman və qiymətli hədiyyələrlə təltif
edilib.
Tədbirin proqramına əsasən Tərtər Olimpiya İdman Kompleksinin ərazisində
ağacəkmə aksiyası təşkil edilib. Tədbirdə ümumilikdə idman ictimaiyyətindən 150
nəfər iştirak edib.



Tərtərdə "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə idman paradı və ağacəkmə aksiyası təşkil edilib
Tərtərdə "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə idman paradı və ağacəkmə aksiyası təşkil edilib
Tərtərdə "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə idman paradı və ağacəkmə aksiyası təşkil edilib

Tarix: 5-03-2024, 21:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}