Tərtərin icra başçısı Qarabağ Qazisinin ailəsini ziyarət edib

Tərtərin icra başçısı Qarabağ Qazisinin ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qafqaz
Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin
imamı Sadiq Cəfərovla birlikdə Novruz bayramı ərəfəsində Kəngərli kənd
sakini, yeni övladı dünyaya gəlmiş şəhid Qənbərli Qənbərin qardaşı, 3-cü
qrup Vətən Müharibəsi qazi Qənbərli Qorxmaz Bəhruz oğlunun ailəsində
olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya
gəlmiş övladına geyim və qiymətli hədiyyə təqdim edib.
Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, antiterror
əməliyatlarında Qorxmaz kimi igid oğulların sayəsində qələbə çaldığını
bildirib. Onun Vətən, ərazi bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz
sağlamlığını itirdiyini deyib.
Qeyd edək ki, Qorxmaz Qənbərli Talış və Suqovuşan kəndləri uğrunda gedən
döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan cənab İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad
olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qazimizin şəhid qardaşı Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın
10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan
Ordusunun baş leytenantı Qənbər Qənbərli Azərbaycanın ərazi bütövlüyü
uğrunda gedən 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətindəki
döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-
ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn
olunub.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına
əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda" və
“Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qazi Qorxmaz Qənbərli və ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən
diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlığını bildirib.



Tərtərin icra başçısı Qarabağ Qazisinin ailəsini ziyarət edib
Tərtərin icra başçısı Qarabağ Qazisinin ailəsini ziyarət edib
Tərtərin icra başçısı Qarabağ Qazisinin ailəsini ziyarət edib
Tərtərin icra başçısı Qarabağ Qazisinin ailəsini ziyarət edib
Tarix: 14-03-2024, 12:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}