Vaqif küçəsinin sakinləri təhlükədə: çürümüş işıq dirəkləri hər an aşa bilər - FOTOLAR
7 il əvvəlki vəd yerinə yetirilməyib: “Dirəklərinin yanından “Allah-Allah”la keçirik”
Qazax rayonu, Daş Salahlı kəndinin Molla Pənah Vaqif küçəsinin sakinləri təhlükə ilə üz-üzədirlər. Şairin adını daşıyan küçənin sakinləri AYNA-ya göndərdikləri məktubda bildiriblər ki, küçədəki elektrik dirəkləri təhlükə saçır. Onların bildirdiyinə görə, Sovet İtttifaqı dövründə basdırılmış işıq dirəkləri indi yararsız vəziyyətə düşüb. Bəzi dirəklər uçmasın deyə sakinlərin özləri tərəfindən tədbir görülüb, dirəklər bərkidilib. Amma hər an evlərin damına, yaxud yoldan keçənlərin üzərinə aşacaq vəziyyətdə dirəklər var.
“Köhnədən qalan, taxta materialdan olan işıq dirəkləridir. Əksəriyyəti çürüyüb, ömrünü başa vurub. Hər dəfə dirəklərinin yanından qorxa-qorxa, “Allah-Allah”la keçirik ki, indi başımıza düşəcək. Çünki hər an aşmaq təhlükəsi var. Elektrik naqilləri də yararsız vəziyyətə düşüb. Lazımi qurumlara dəfələrlə müaciət olunub, amma səsimizə səs verən yoxdur. Gərək hansısa faciə yaşansın, ondan sonra gəlib problemi aradan qaldırsınlar?”, - deyə həmin küçənin sakini Anar Abdullayev saytımıza bildirib. Qeyd edib ki, işıq dirəklərinin yenilənmədiyi küçə təkcə Vaqif küçəsi deyil, kəndin bir neçə küçəsində anoloji vəziyyət hökm sürür.
Sakinlərin şikayətlərindən anladıq ki, bir neçə il əvvəl Daş Salahlı kəndində işıq dirəklərinin təzələnməsi prosesi həyata keçirilib. Kəndin bir çox küçələri beton materialdan olan işıq dirəkləri ilə təmin olunub. Amma bir neçə küçədə problem qalmaqdadır. Elektrik dirəklərinin təzələnməsi prosesinin niyə dayandığı barədə sakinlərin bir məlumatı yoxdur. Bunun səbəbini sakinlərə aidiyyatı qurumlar açıqlamayıblar.
Qazax Rayon İcra Hakimiyyətinin rəsmi saytında Daş Salahlı kəndində aparılan abadlıq-quruculuq işləri barədə 30 avqust 2017-ci il tarixində yazı yerləşdirilib. Yazının bir hissəsində deyilir: “Kəndin işıqlanması sahəsində də xeyli işlər görülüb və bu proses davam edir. Kəndə gələn bütün köhnə dirəklər yenisi ilə əvəz olunur və sip kabellər çəkilir. Yaxın günlərdə bu işlər kəndin daxilində də həyata keciriləcəkdir. Kücələrin işıqlandırılması da diqqət mərkəzindədir. Belə ki, kəndin mərkəzindən keçən Fidat Məmmədov küçəsinin 300 metr uzunluğunda olan hissəsinə yeni işıq dirəkləri basdırılıb və ərazi işıqlandırılıb. Eyni proses bütün küçələrdə həyata keçiriləcəkdir”. Bu vəddən 7 il müddət keçməsinə baxmayaraq, kəndin küçələrində təhlükə saçan işıq dirəkləri hələ də qalmaqdadır.
Sakinlər “Azərişıq” ASC-yə, dövlətin digər aidiyyəti qurumlarına AYNA vasitəsilə müraciət edirlər ki, köhnə işıq dirəkləri yenilənsin.
Məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu göndərsək də, üç gün ərzində cavab verilməyib. "Azərişıq" ASC-nin mövqeyini də dərc etməyə hazırıq.
Müəllif:
Banu Çiçək
Tarix: 19-04-2024, 21:30
-
Bu gün, 07:09
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR?
-
Bu gün, 07:07
“Oralarda necədir?”: Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır - VİDEO
-
Bu gün, 07:04
Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Tahir Vəliyevi evində ziyarət edib
-
Bu gün, 07:03
“Access Bank” faiz endirimin acısını yaşayır - 3 ayda 86 milyonluq depozit itkisi
-
Bu gün, 07:02
Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar: Qurum məsələyə qarışdı - VİDEO
-
Bu gün, 06:57
SABİQ NAZİR HƏR AY MƏNİMSƏDİYİ PULLARIN MİQDARINI AÇIQLADI - Əliyevdən ŞOK ETİRAFLAR
-
Bu gün, 06:54
Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması...
-
Bu gün, 06:50
İcra başçısından mikrafonla danışmağı tələb edən şəxs cəzalandırılıb - TƏFƏRRÜAT
-
Bu gün, 06:46
Xarab məhsul satırlar... hələ müştərini də incidirlər... - GİLEY
-
Bu gün, 06:46
“Naxçıvan Əli aşından da olub, Vəli aşından da”
-
Bu gün, 06:46
Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi - Fotolar
-
Dünən, 18:02
“İcra başçılarına 3 ay vaxt verilməlidir...” - Deputatdan sərt sözlər
-
Dünən, 18:01
Yaşıllıqları məhv edən “Qismət-M House” MMC məhkəməyə verildi
-
Dünən, 17:59
Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT
-
Dünən, 17:53
"Azərbaycanda bir şəxsə aid olan ayrı-ayrı şirkətlər eyni tenderdə iştirak edir" - FAKT BUDUR!
-
Dünən, 17:50
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
-
Dünən, 17:47
Sərhədlərimizdə arzuolunmaz ssenari: “Bakı ehtiyatlı olmalıdır”
-
Dünən, 17:45
Regionu yenidən qan çanağına çevirmək istəyirlər – Təhlükəli oyunlar
-
Dünən, 14:51
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
-
Dünən, 14:49
“Azərbaycanın Avropa İttifaqı və ABŞ-la münasibətlərinin ənənəvi balansdan çıxması ciddi təhlükələr yaradar”
-
Dünən, 14:46
Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirildi - VİDEO
-
Dünən, 14:37
66 senatordan "Azərbaycana sanksiya, Ermənistana 200 milyon dollar yardım" ÇAĞIRIŞI
-
Dünən, 14:35
“Hökumət çarəsizliyimizi görüb bizi ölümə məhkum eləməsin”
-
Dünən, 14:35
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?
-
Dünən, 14:34
“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi
-
Dünən, 12:23
Gəncə -Daşkəsən Regional Təhsil İdarəsi BİAYBIRÇILIĞA NİYƏ SUSUR???
-
Dünən, 09:42
Macarıstan Aİ-nin Ermənistanı silahlandırmasına imkan vermədi - mövqe
-
Dünən, 08:16
Gürcüstan prezidenti gənclərə müraciət ETDİ
-
Dünən, 08:14
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
Dünən, 07:57
Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi
{sape_links}{sape_article}