Tərtər Rayon İcra Hakimiyyətinin başçısı rayonda səfərdə olan Dini konfessiyaların nümayəndələri ilə görüşüb


Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri Ermənistanın
işğalından azad edilən Suqovuşan qəsəbəsində və Talış kəndində səfərdə
olublar. Səfər Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin təşkilatçılığı ilə reallaşıb.
Dini konfessiyaların nümayəndələri Pasxa bayramı münasibətilə Suqovuşan
qəsəbəsindəki və Talış kəndindəki Alban məbədlərini ziyarət ediblər. Dini
ayinlər icra olunub, bayram duaları oxunub.
Talış kəndindəki məbədin həyətində bayram süfrəsi açılıb. Süfrəyə kuliç və
digər bayram nemətləri düzülüb, mahnılar ifa olunub. Tolerantlığın bariz
nümunəsi olaraq xristianlarla yanaşı, müsəlmanlar da bayram tədbirində
iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov dini
konfessiyaların nümayəndələri ilə görüşərək onlara rayon haqqında və Vətən
müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı ətraflı məlumat
verib. Qeyd edib ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə  onun
yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad
mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna,
yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-
uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə,
Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati
binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəyib,
dağıntılar olub.
Dinc əhali 16 mülki şəhid verib, erməni vandalları tərəfindən şəhər
qəbirstanlığının atəşə tutulması nəticəsində dəfndə iştirak edən 4 nəfər həlak
olub.
Sonra qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonuna
müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış
mərmilərə, Vətən müharibəsi zamani rayona dəymiş ziyanı əks etdirən
fotostentlərə baxıblar.
Görüşdən sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev dini konfessiyaların
nümayəndələri ilə birlikdə süfrə arxasında əyləşiblər, rayon rəhbəri qonaqlara
xatirə hədiyyəsi təqdim edib.
Tarix: 4-05-2024, 10:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}