Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun
İsmayılbəyli kəndində birinci qrup Birinci Qarabağ müharibəsi əlili Cəfərov
Mübariz Surxay oğlunu ziyarət edib, qazi ailəsinin qayğıları ilə maraqlanıb.
Mübariz Cəfərov 1991-ci ilin may ayında könüllü olaraq Vətənin
müdafiəsinə yola düşüb.1992-ci ilin avqust ayının 27-də Ağdərə rayonunun
Heyvalı kəndi (ermənilərin Drambon adlandırdğı) uğrunda gedən
döyüşlərdə ağır yaralanıb, hətta heç kəs onun həyatda qalacağına
inanmayıb. Çünki qarşısına düşən tank mərmisinin qəlpələri Mübarizin
bütün bədəninni paramparça etmişdi.
Rayon rəhbəri qaziyə can sağlığı arzulayıb. Bildirib ki, Tərtər rayonuna
Mübariz kimi mərd, qorxmaz oğulların sayəsində düşmən ayağı dəyməyib
və bir qarış da Tərtər torpağı ermənilərə verilməyib. İcra başçısı respublika
prezidentinin şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına göstərdiyi
diqqət və qayğını da dilə gətirib.
Qazi onlara göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab
İlham Əliyevə  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlığını bildirib.
 
Tarix: 8-05-2024, 22:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}