Azərbaycanla böyük sülh, yoxsa müharibə ehtimalı artır? - GƏLİŞMƏ
Ermənistanda 9 dekabr parlament seçkilərində möcüzə baş vermədi. “Məxməri inqilab” nəticəsində 7 aydır hakimiyyətdə olan Nikol Paşinyanın “Mənim addımım” bloku, proqnozlaşdırıldığı kimi, seçkilərdən mütləq qalib kimi ayrıldı - 70.43%. Bu, Ermənistanın müstəqillik dönəmində seçicilərin ən az iştirak etdiyi (48%) seçkilər kimi tarixə düşsə də, hər millətin “nüvə”sini təşkil edən ictimai-siyasi fəal kəsim düşmən ölkədə də öz sözünü dedi. Yəni bu, əslində elə xalqın iradəsidir ki var.
Paşinyan tərəfdarlarının qələbəsi öncədən şübhə doğurmasa da, 9 dekabr səsverməsinin yekunu bir neçə mühüm qənaətə gəlməyə imkan yaradır. Biri odur ki, Ermənistanda Qarabağ klanının 20 illik hakimiyyətinə rəsmən son qoyuldu. İkincisi, Paşinyanın rəhbərlik elədiyi blok (70.43%) və onunla siyasi baxışları üst-üstə düşən qərbpərəst “İşıqlı Ermənistan” Partiyası (6,37%) səslərin 77%-nə sahib oldular. Bu, o deməkdir ki, yeni parlamentdə nəinki sadə, konstitusion (2/3) çoxluq da qərbpərəst qüvvələrə məxsus olacaq. Nikol Paşinyan təkbaşına öz hökumətini formalaşdıracaq, lazım gəlsə konstitusiyaya əlavə və düzəlişlər ediləcək.
Üçüncü mühüm məqam: parlamentə yalnız üç siyasi qüvvə düşdü - qərbpərəstlər və bir də Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası (8.37%). Hətta Ermənistanın qədim və köklü siyasi təşkilatı sayılan, Rusiyaya isti münasibətdə olmayan Daşnaksütyun da parlamentdə təmsil olunmaq hüququ verən 5%-lik həddi aşa bilmədi (3.89%). Həmçinin Rusiya bazalarını ölkədən çıxarmağı tələb edən radikal-terrorçu qruplaşma - “Sasna tsrer” partiyası barajı keçmədi - 1,82%.
Bunlar Rusiya üçün müəyyən mənada təsəlliverici nəticələr olsa da, artıq qeyd olunduğu kimi, bütövlükdə yeni parlament qərbpərəst qüvvələrin nəzarətində olacaq. Demək, yeri gələndə Rusiya ilə imzalanmış hanısasa sənəd asanca ratifikasiya olunmaya və rədd də edilə bilər. Paşinyanın anti-Rusiya ovqatı isə seçkilərə cəmi 2 gün qalmış Putinin sadiq dostlarından olan eks-prezident Robert Köçəryanın təzədən həbs edilməsində bir daha özünü büruzə verdi.
*****
Seçkilərin nəticələri əlbəttə ki, bir yandan artıq legitim ölkə rəhbəri kimi Paşinyanın əl-qolunu açırsa, o biri yandan onun üzərinə konkret, tarixi məsuliyyət qoyur. Xüsusən də iki məsələdə: 1. Rusiya münasibətdə xarici siyasət kursunu dəqiqləşdirmək. Məsələ ondadır ki, 9 dekabrda xalq, əsasən qərbyönlüləri dəstəkləməklə, faktiki, Rusiyadan uzaqlaşmağa səs verib; Paşinyan daha “iki stul”da otura bilməyəcək. 2. Qarabağ məsələsində “nala-mıxa” vurmağa son verib qəti mövqe sərgiləmək. Bu isə Rusiya amili nəzərə alınmaqla, Qarabağda sülhü də yaxınlaşdıra bilər, müharibəni də.
Söz düşmüşkən, rəsmi Bakı dəfələrlə xəbərdarlıq edib ki, əgər Ermənistandakı yeni hakimiyyət əvvəlki xunta rejiminin səhvlərini təkrarlayıb onun yolunu getsə, onda müharibə qaçılmaz olacaq.
Politoloq Elxan Şahinoğluna görə isə qarşıda N.Paşinyanı 3 çətin vəzifə gözləyir: 1. Qarabağ münaqişəsinin həllində addım atmazsa, cəbhə bölgəsində vəziyyət gərginləşəcək, üstəgəl, Qarabağdakı girovlarımızın “hamının hamıya” dəyişdirilməsini uzada bilməyəcək; 2. İqtisadi islahatlar aparmaq üçün əlavə vəsaitə ehtiyac var, o biri yandan isə Ermənistanın artan xarici borc problemini həll etməlidir; 3. Xarici siyasət kursunu müəyyənləşdirməlidir - Rusiya və Qərb arasında vurnuxmaq Moskvanın xoşuna gəlmir, ancaq Qərbə yaxınlıq da Paşinyana xüsusi divident vəd etmir.
Məsələ də ondadır ki, sadalanan vəzifələrin hamısı (Qarabağ, islahatlar, xarici siyasət kursu) hamısı bir-biri ilə sıx surətdə bağlıdır. Rusiyanın hərbi-siyasi ağuşunda olan bir ölkədə xüsusən də köklü iqtisadi-siyasi islahatlar həyata keçirmək asan olmayacaq. Çünki digər iki amil, o cümlədən sərhədlərin və kommunikasiyaların bağlı olması, blokada rejimi əngəl olacaq.
Xalq isə Paşinyana mandatı uzun müddətə verməyib və çox tezliklə öz həyatında, dolanışığında ciddi və müsbət dəyişikliklər görmək istəyəcək. Necə deyərlər, Nikol Paşinyan və komandası üçün “qum saatı” artıq işə düşüb. Müxalifət indi heç vaxt olmadığı qədər pusquda olacaq. Bir sözlə, Paşinyan tələsməli olacaq. Siyasətdə, xüsusən də xarici siyasətdə təcrübəli olmayan erməni lideri üçün isə bu, həm də xətalar vəd edir.
*****
“Paşinyan və partiyası belə bir legitimliklə və sosial-siyasi kapitalla təbii ki, öz partiyasını formalaşdırmağa çalışacaq. Odur ki, ardınca onun yaxın zamanda söykənəcəyi yeni hökumət proqramını açıqlamasını gözləyək”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Rusiyadakı MDB İnstitutunun erməni filialının direktoru Aleksandr Markarov Ermənistandakı son seçkilərin nəticələrini “Vestnik Kavkaza”ya şərh edərkən deyib.
Onun sözlərinə görə, qarşıdakı bir neçə ayda Nikol Paşinyandan ötrü əsas vəzifə özünün əhali arasında yüksək reytinqini saxlamaqla bağlı olacaq: “70-80%-lik reytinq - həqiqətən Paşinyanın şəxsi reytinqidir. ”Mənim addımım" blokunda o, aşağıdır. İqtisadiyyatda və siyasətdə mümkün dəyişikliklər eləmək üçün bu reytinqin saxlanması vacibdir. Əgər buna nail olunarsa, nəticələr vətəndaşlar üçün müsbət olarsa, o zaman reytinq də yüksək olacaq".
Paşinyanın ən böyük problemi də elə odur ki, o, azad, müstəqil ölkənin rəhbəri deyil. Xarici sərhədlərini belə, rus hərbçilərinin qoruduğu, təhlükəsizliyi bilavasitə Rusiyadan asılı olan bir ölkənin qərbpərəst liderinin çoxməchullu “tənliyi” necə həll edəcəyi olduqca maraqlıdır. Ancaq bu tənliyin daha asan həll yolu var - Azərbaycanla, Türkiyə ilə tezliklə anlaşmaq. Əks halda, Paşinyan Qarabağda Rusiyanın da maraqlı olacağı istisna edilməyən müharibədən yayına bilməyəcək...
“Yeni Müsavat”
Tarix: 11-12-2018, 09:41
-
Dünən, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Dünən, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
Dünən, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
Dünən, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
Dünən, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
Dünən, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Dünən, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Dünən, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Dünən, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Dünən, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Dünən, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Dünən, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Dünən, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Dünən, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Dünən, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Dünən, 10:59
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Dünən, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Dünən, 09:10
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Dünən, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Dünən, 08:51
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Dünən, 08:19
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Dünən, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Dünən, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Dünən, 07:37
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Dünən, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
-
Dünən, 00:04
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
-
Dünən, 00:03
Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var… – YENİLƏNİB
-
Dünən, 00:03
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
{sape_links}{sape_article}