Mübariz haqda status yazan psixoloqdan açıqlama – “Tanış bir erməni xanım var…”
Son günlər psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimovla bağlı paylaşımı sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Hər zaman fərqli fikirləri ilə seçilən gənc psixoloq yazdığı statusda qeyri-döyüş şəraitində vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan düşməni belə olsa öldürməyin qəddarlıq olduğunu vurğulayıb:
“Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”.
Qafqazinfo bu məqamda əksər vətəndaşların qınaq obyektinə çevirdiyi bu fikirlərin müəllifini danışdırıb:
– Nərmin xanım, psixoloq kimi yaxşı bilirsiz ki, ictimaiyyətimiz bu kimi mövzularda həssasdır və fərqli fikir səsləndirən istənilən şəxs çox zaman sosial şəbəkələrdə linç olunur.
– Düzü, bu qədər reaksiya gələcəyini gözləmirdim. Çünki status yazanda əvvəlcə izah etmişəm. Bundan əlavə, heç bir təhqir, kiminsə şərəf və ləyaqətini alçaldacaq hər hansı bir söz işlətməmişəm. Sadəcə olaraq fərqli fikir demişəm və bu, mənə görə belədir. Bilirsiniz nəyə təəccüblənirəm? Bu qədər haqsızlıqlara, qadınların döyülməsinə, məktəb şagirdlərinin təhsildən uzaqlaşdırılıb evləndirilməsinə susan insanlar bu dəfə gözlədiyimdən qat-qat artıq reaksiya verdi. Orada çatdırmaq istədiyim mesaj bu deyil. Videoada da geniş izah etmişəm. Kimisə öldürməyən adam mənim üçün düşmən deyil. Onun da hissləri var. Vətən xaini deyirlər. Aprel döyüşlərində iştirak etmiş dostlarım mənə bir kəlmə demədi. Amma əsgərlikdən qalanlar reaksiya verirlər. Bu gün müharibə olsa, sosial şəbəkələrdə məni söyənlər əsgərlikdən qaçdıqları kimi, döyüşdən də qaçacaq.
– Saytlarda sizin ermənilərlə yazışmanız kimi təqdim olunan yazılar da yayılıb.
– Ermənilərlə yazışma deyəndə mənimlə eyni düşüncədə olan bir tanış xanımım var. Biz bir-birimizə pis heç nə yazmırıq, təxribat qurmuruq. Sadəcə o da təəssüflənir ki, bir-birimizə düşmən kimi doğulmuşuq. İki ölkənin mədəniyyətini kəşf edə bilmirik. Bu, bir oyundur. Biz sülh istəyirik. Orada da sülh istəyən insanlar var.
– Adınızı axtarışa verən zaman feysbukdakı profilinizi dondurduğunuzu gördüm. Düzü, psixoloqun belə bir addım atması mənə qəribə gəldi. Çoxsaylı tənqidlərə görə profilinizi bağlamısız?
– Yox, qınaqlara görə dondurmamışam. Profilimi hansısa proqrama qoşmuşdular və xarici ölkələrdən qəzəb reaksiyaları gəlirdi. Bundan başqa, adıma xeyli saxta profil açılmışdı. Bu kimi hallarda feysbuk məhdudlaşdıra bilir. Mən onlara bu barədə xəbərdarlıq edib bir müddətlik profilimi dondurmuşdum.
Tarix: 16-12-2018, 23:07
-
Dünən, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Dünən, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
Dünən, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
Dünən, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
Dünən, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
Dünən, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Dünən, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Dünən, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Dünən, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Dünən, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Dünən, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Dünən, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Dünən, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Dünən, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Dünən, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Dünən, 10:59
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Dünən, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Dünən, 09:10
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Dünən, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Dünən, 08:51
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Dünən, 08:19
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Dünən, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Dünən, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Dünən, 07:37
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Dünən, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
-
Dünən, 00:04
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
-
Dünən, 00:03
Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var… – YENİLƏNİB
-
Dünən, 00:03
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
{sape_links}{sape_article}