Emin Həsənli: “Bu işin arxasında Azərbaycanın düşmənləri olan güclərin əli var” - VİDEO


“Azərbaycana qarşı kampaniyada alətə çevrilmiş həmin azərbaycanlılarla bağlı hüquqi tədbirlər görülməlidir”

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli son günlər cəmiyyəti narahat edən aktual mövzularla bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Emin bəy, Milli Qəhrəman Mübariz İbrahimova qarşı çıxış xalqın çox böyük etirazına səbəb olub. Bu hadisəyə Sizin yanaşmanız necədir?

- Mübariz İbrahimova qarşı Nərmin Şahmarzadənin o cür fikirlər işlətməsi çox hiddət yaradan hadisədir. Belə bir addımı özünə azərbaycanlı deyən şəxs atmamalıydı. Mübariz İbrahimov Azərbaycan xalqı üçün simvollaşmış milli qəhrəmandır. Ona dil uzatmaq Azərbaycan xalqını qarşına almaq, xalqı təhqir etmək deməkdir. Azərbaycan ictimaiyyətinin Nərminin fikrilərinə qarşı reaksiyası da bunu bir daha göstərdi. Mübariz İbrahimov dinc azərbaycanlılara qarşı soyqırım törətmiş və Azərbaycanın ərazilərinin zəbt etmiş Ermənistanın işğalçı əsgərlərinə qarşı vuruşub. Mübariz İbrahimov bir nəfər də olsun mülki ermənini, bir nəfər də olsun uşağı, qocanı, qadını öldürməyib. Mübariz əsl Azərbaycan kişisinə, hərbçisinə xas əxlaqla hərəkət edən hərbçi olub. O, Azərbaycanın ərazilərinə soxulmuş və orada yerləşmiş işğalçı erməni hərbçilərini məhv edib. Bir hərbçi kimi Mübariz öz missiyasını qəhrəmanlıqla həyata keçirib. Mübariz Ermənistan ərazisinə daxil olmayıb, erməni əsgərlərini Ermənistan ərazisində öldürməyib. O əsgərləri məhv edib ki, həmin əsgərlər Azərbaycan ərazilərində idilər. Nərmin Şahmarzadə yaxşı olardı ki, məsələyə bu cür yanaşma ortaya qoyaydı. Mübariz cinayət törətməyib, cinayət törədənləri müharibə qanunlarına uyğun olaraq cəzalandırıb. Mübariz İbrahimovun hərəkəti dünyanın sayılıb seçilən hərbi ekspertləri tərəfindən çox yüksək qiymətləndirilib. Hətta düşmən özü belə, onun güclü olduğunu etiraf etmək zorunda qalıb.

6a059df7-ca41-4d11-8fe8-93b430e5743a.jpg (128 KB)

Özünü kosmopolit beynəlmiləlçi kimi təqdim etmək istəsən belə, bunu xalqın simvoluna çevrilmiş qəhrəmanları, şəhidi aşağılamaqla etmək olmaz. Nərmin erməni işğalından, Xocalı qatillərindən danışmalıdır. Bəyan etməlidir ki, Azərbaycan xalqına, dinc insanlara ermənilər hansı maddi, mənəvi, psixoloji zərbələri vurublar. Azərbaycanın hər bir vətəndaşı bilməlidir ki, müharibə hələ bitməyib və ermənilər hələ torpaqlarımızı işğalda saxlayır. Ona görə də hər kəs danışıqlarında, milli məsələlərə münasibətdə çox diqqətli olmalıdır. Mümkündür ki, o, bu cür sərsəmləmələri Avropaya gedib orada yaşamaq izni almaq üçün edib. İkinci ehtimal odur ki, Nərmini bu cür çıxış etməyə kənardan kimlərsə hazırlayıb. Niyə Mübariz İbrahimov hədəfə alınır? Niyə Ramil Səfərov hədəfə alınır? Niyə son günlər vətənə xəyanət etmiş və cəzalandırılmış adamların qohumlarını ortaya çıxarıb danışdırılar və onlara dəstək kampaniyası təşkil edirlər? Onların valideynlərini haradasa başa düşmək olar. Belə ki, hər bir valideyn övladının və gələcək nəsillərinin üzərində vətənə xəyanət damğasının olmasını istəmir. Amma onları yönəldənlər, onları çəkib sosial şəbəkədə yayan və onlara dəstək kampaniyası təşkil edənlər var. Avropada oturub onlara dəstək verənlər var. Bir vaxtlar ölüləri diriykən vətənə xəyanət edirdi, indi də ölülərin üzərindən o alveri quranlar var. Məhkəməyə təsir etmək istəyirlər. Bax bu cür hallar yolverilməzdir. Geniş təhlil aparanda görürsən ki, son bir iki ildir, əsasən də 2016-cı ilin aprelindən sonra Azərbaycan dövləti, Azərbaycan silahlı qüvvələri, Azərbaycan prezidenti, Azərbaycanın qəhrəmanları məqsədli şəkildə hədəfə alınıb. Bu işin arxasında erməni əli var, Azərbaycanın düşmənləri olan güclərin əli var.

1562ba34-2c36-4717-8801-7b3ddbc71269.jpg (140 KB)

- Nərmin Şahmarzadə Mübariz İbrahimovun valideynlərindən üzr istədi. Bir üzrlə bu hərəkətinin məsuliyyətindən yaxa qurtarırmı bu adam? Hüquq-mühafizə orqanlarına müraciətlər var ki, onun milli qəhrəmanımızla bağlı dediklərinə hüquqi qiymət verilsin və tədbir görülsün. Sizcə, hüquqi tədbirlərə əl atılması lazımdırmı?

- Fikrimcə, ilk növbədə Nərminin özünün psixi durumunun necə olduğunu müvafiq orqanlar müəyyənləşdirməlidir. Əgər Nərmin o cür zərərli çıxışlarını davam etdirəcəksə, yəqin ki, onun haqqında hüquqi istiqamətdə araşdırmalar aparılmalı, arxasında hansısa qüvvələrin dayanıb-dayanmadığını, onu kimlərinsə danışdırıb-danışdırmadığını dəqiqləşdirəcəklər və Nərmin bu zaman müvafiq hüquqi cəzasını alacaq.  

- Avropada yaşayan bir qrup azərbaycanlı yenidən sosial şəbəkələrdə aktivləşiblər, söyüş kampaniyasına yenidən start verilib. Həmin adamlar haqda da hüquqi tədbirlər görülməlidirmi?

- Azərbaycan hüquqi və demokratik dövlətdir. Azərbaycanda mətbuat və internet azaddır, sosial şəbəkələrə qadağa yoxdur. O dərəcədə azaddır ki, bu azadlıqdan həmin adamlar sui-istifadə edirlər. Azərbaycan dövləti onların əxlaqdankənar hərəkətlərinə mümkün qədər dözümlülük nümayiş etdirir. Bu, Azərbaycan dövlətinin və onun rəhbərliyinin iradəsidir ki, demokratiya, söz azadlığı inkişaf eləsin. Lakin təəssüf ki, bir sıra adamlar söz azadlığından sui-istifadə edərək təhqir kampaniyası aparırlar və bu, bir sistemli hal alıb. Deməli, bu kampaniya da bəzi dairələr tərəfindən maliyyələşdirilir, təşkil edilir və sistemli aparılır. Bu kampaniyanı təşkil edənlər Azərbaycan dövlətinin müstəqil siyasət yürütməsini istəməyənlərdir. Azərbaycan dövlətinin müstəqil siyasət xətti yürütməsinin başında da cənab prezidentimiz dayandığı üçün də hədəfə də onu alırlar.

a4b46865-f9c6-49ce-abe9-1b279bb0e1dd (1).jpg (126 KB)

Azərbaycan cəmiyyəti bu kampaniyaya etirazını bildirir, bu kampaniyanı aparanlara etiraz edir, Azərbaycan dövlətinin müstəqil siyasətini dəstəkləyir. Azərbaycan xalqı həmin qüvvələrin ölkəmizdə sabitliyi pozmağa, Qarabağ məsələsinin həllinin qarşısını almağa çalışdıqlarını yaxşı bilir. Azərbaycana qarşı kampaniyada alətə çevrilmiş həmin azərbaycanlılarla bağlı isə həqiqətən də hüquqi tədbirlər görülməlidir. Azərbaycan qanunlarında təhqirə yol vermək cinayət məsuliyyəti nəzərdə tutur. O kampaniyanı aparanlar təhqirlə yanaşı, başqa ağır cinayətlərə də yol verirlər. Məsələn, dövlət çevrilişi çağırışları, zorakılığa, çağırış, qətl etməyə çağırışlar onların çıxışlarında yer alır. Bütün bunlar ayrı-ayrılıqda bir neçə maddə üzrə cinayət məsuliyyəti yaradır. Vaxtilə prokurorluq sistemində işləmiş Vidadi İsgəndərlinin necə dələduz, rüşvətxor olduğunu onunla birlikdə işləmiş adamlar dəfələrlə bəyan ediblər. Bu cür adamın çıxıb qanundan, düzgünlükdən danışmağa haqqı yoxdur. Orduxan Teymurxan bir gün də olsun doğma torpağı uğrunda döyüşüb? Xeyr. İndi onun haqqı yoxdur ki, insanları təhqir etsin. Təhqir edirsə, hüquqi cəzasını da almalıdır.

Müsahibənin video variantına aşağıdan baxa bilərsiniz:


Tarix: 18-12-2018, 20:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}