“Psixoloq”un üzə çıxardığı acı həqiqətlər- içərimizdəki “ermənilər”...


 

Özünü “psixoloq” kimi qələmə verən Nərmin Şahmarzadənin milli qəhrəmanımız Mübariz İbrahimov haqqında dedikləri son günlərin əsas müzakirə mövzusuna çevrilib. Onun şəhidimizi “cinayətkar” və “qatil” adlandırması ilə ictimaiyyət ayağa qalxıb. Hər kəs buna təpki göstərir.

Mətbuat və sosial şəbəkələrdə aparılan müşahidələr onu deməyə əsas verir ki, cəmiyyət şəhid məsələsində olduqca həssasdır. Amma bununla belə ürəkağrıdan mənzərə də yaşanır. Belə ki, azsaylı olsalar da, “psixoloq”un müdafiəsinə qalxanlar da var. Bunu onun facebook paylaşımlarına gələn bəyənmələrdə və yazılan rəylərdə görmək mümkündür. Hətta açıq şəkildə xanıma həsr olunan statuslara da rast gəlirik. N.Şahmarzadənin söz azadlığının (?!) pozulduğunu əllərində bayraq etməyə cəhd edirlər. Maraqlısı odur ki, demokratiyadan dəm vuranlar, müxalif düşərgədə yer alanlar da burada daha aktiv görünürlər. Haqlı olaraq da, bu insanlar “içərimizdəki ermənilər” adlandırılır.

N.Şahmarzadə başda olmaqla onu müdafiə edənlərin qanun qarşısında cavab vermələrinin vacibliyi önə çəkilir. Konkret olaraq qanunvericiliyə şəhidlərlə bağlı belə sərsəm fikirlər səsləndirənlərin cəzalandırılmasını nəzərdə tutan müddəaların salınmasının vacibliyi vurğulanır.

Belə şəxslərin hüquq mühafizə və xüsusi xidmət orqanlarının nəzarətinə alınması və ciddi şəkildə yoxlanılması haqda da təkliflər səslənir. Onların anti-Azərbaycan qüvvələrinin tapşırıqlarını yerinə yetirməsi ehtimalı da vurğulanır.

ÐаÑÑинки по запÑоÑÑ VÉhdÉt Partiyasının sÉdri, deputat Tahir KÉrimli

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli qanun çərçivəsində hər kəsin söz demək hüququnun olduğunu söylədi: “Mübariz İbrahimov isə qanunsuz fəaliyyət göstərməyib. Atəşkəsin bağlanması o demək deyil ki, müharibə rejimindən çıxmışıq. Döyüş şəraitində Mübariz İbrahimovun hərəkəti qanundan kənar deyil. O öz vəzifəsini icra edib. Biz atəşkəsin tez-tez pozulduğu, itkilər verildiyi, kəşfiyyata gedildiyi şəraitdə yaşayırıq. Cənab prezidentin səyləri nəticəsində Mübariz İbrahimovun nəşi Azərbaycana gətirildi. Mübariz İbrahimovun qəhrəmanlığı bizim üçün ruhlandırıcı mənbədir. Azərbaycandan kənarda milyonlarla insanlar Mübarizin qəhrəmanlığından ilham alırlar. Onun qəhrəmanlığının gözdən salınması cəhdləri əslində Azərbaycan vətənpərvərliyinin gözdən salınması cəhdidir. Bunu edənlər qanuna, dəyərlərimizə hörmətsizlik edirlər. Onların fəaliyyəti qanun pozuntusuna səbəb olursa, onlara fərdi yanaşılmalı, ya xəbərdarlıq edilməli, ya da cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Hesab edirəm ki, milli dəyərlərə qarşı bu cür çıxış etmək, Milli Qəhrəman adını almış bir şəxsi bu cür təhqir etmək qanunaziddir. Bu, müvafiq orqanların diqqətini mütləq cəlb etməlidir”.

ÐаÑÑинки по запÑоÑÑ AÄ Partiya baÅqanı Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı isə sərt danışdı: “Bu xanımın populyarlaşmasının və gündəmi tutmasının əleyhinəyəm. Çünki belə hallar digər bu cür xislətlilərə pis örnək olur. Belə ki, sabah onlar da gündəmə gəlmək və ucuz reklam qazanmaq üçün bizim, xalqımızın başqa dəyərlərini aşağılamağa başlayacaqlar. Odur ki, belələrinin adlarını mətbuatda hallandırıb onların “çörəklərinə yağ sürtməyi” məqsədəuyğun hesab etmirəm. Əgər, belə sərhəd-hüdud bilməyənlər bu qədər rahat şəkildə adlarını reklam edə bilsələr, demək ki, onların məkrli, çirkli niyyətləri qismən də olsa baş tutub. Heç kim unutmamalıdır ki, hər bir xalqın dəyərləri, müqəddəratı vardır və bunlar toxunulmazdır, toxunulmaz da qalmalıdır. Əgər hansısa yerini bilməzin biri bu məfhumlara hücum etmək, onları öz cılız ağılı ilə aşağılamaq fikrinə düşərsə, ilk növbədə, onları ictimai qınaq əzməlidir. Çünki, onlara hansı cəmiyyətdə yaşadıqları xatırladılmasa, çox irəli gedə bilərlər. Əgər kimsə və ya kimlərsə bizim Azərbaycan xalqı olaraq müqəddəs dəyərlərimizə hörmət etmirsə və ya buna dözə bilmirsə, rədd olub istədiyi ölkəyə gedə bilər. Təbii ki, belə halları yalnız ictimai qınağın ümidinə də qoymaq olmaz. Təklif edərdim ki, qanunvericiliyə lazımı düzəlişlər edilsin və bizim milli, mənəvi, dini dəyərlərimizə utanmadan hücum edənlər hüquq qarşısında cavab versinlər. Zatən dünyanın bir çox ölkələrində, hətta bir çox demokratik Avropa dövlətlərində də belə qanunlar tətbiq olunur. Bir nümunə kimi deyə bilərəm ki, siz heç bir Avropa ölkəsində "yəhudi soyqırımı olmayıb" fikrini səsləndirə bilməzsiniz. O dəqiqə sizi qanun qarşısında cavab verməyə məcbur edərlər. Biz AĞ Partiya olaraq deputatlara səslənir və onları bu istiqamətdə lazımı qanunvericilik təşəbbüsü ilə çıxış etməyə çağırırıq. Qaldı ki, o xanımcığaza dəstək verən siyasətbazlara, siyasi dəllallara, içində Azərbaycan düşmənçiliyi olan gizli separatçılara, onlar da unutmasınlar ki, xalq hər şeyi görür və lazımı anda lazımı cavabları veriləcək. Eyni zamanda belə hadisələrin müsbət tərəfi odur ki, içimizdə gizlənən gizlin düşmənlər özlərini ifşa edir, bizlər də bunu ağlımızın bir küncünə qeyd edirik. Sonda qeyd etmək istəyirəm ki, şəhidlik müqəddəs dinimizdə ən yüksək mərtəbədir və dövlətlər, millətlər, bayraqlar bu şərəfli şəhidlərimizin qanları hesabına var olurlar. Şəhidliyin nə olduğunu nakəslər, nadanlar, haramzadələr bilməzlər. Mən Azərbaycan uğrunda şəhid olmuş bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların valideynlərinin, yoldaşlarının, övladlarının, ailələrinin fədakarlığına görə dərin minnətdarlığımı bildirirəm”.

ÐаÑÑинки по запÑоÑÑ Politoloq Elçin MirzÉbÉyli

Politoloq Elçin Mirzəbəyli bunları dedi: “Doğrusu, adıçəkilən şəxsin fikirlərinin Azərbaycanın ictimai rəyi üçün önəm daşıdığını düşünmürəm. Hesab edirəm ki, Azərbaycanın milli qəhrəmanının ünvanına aşağılayıcı fikirlər səsləndirən insan ictimai qınaq qarşısında deyil, qanun qarşısında cavab verməlidir. Digər tərəfdən, beləsinin mülahizələri haqqında fikir yürüdəndə ilk növbədə onun “nəfəs aldığı” ortama diqqət yetirmək lazımdır. Hər halda bu adam “istixanada” yetişdirilməyib. Onu bəlli bir mühit, ortam formalaşdırıb. Mübariz İbrahimovun rəşadəti sadəcə qəhrəmanlıq deyil, həm də çox ciddi psixoloji faktordur. Çünki onun davranışı həm də Ermənistana, bu ölkəni himayə edənlərə mesaj verdi ki, günün birində minlərlə Mübariz dişinə qədər silahlanıb öz torpaqlarına qayıda bilər. Kosmopolitizm ədalət hissini itirmək deyil. Ədalət bəşəri anlayışdır. Bu baxımdan da hətta özünü kosmopolit sayan insan da Mübariz İbrahimovun qəhrəmanlığına məhz ədalət anlayışı çərçivəsindən baxmalıdır. Mübariz Azərbaycan torpaqlarında, bu torpaqları işğal altında saxlayan, hər gün Azərbaycan torpaqlarından Azərbaycanın mülki vətəndaşlarını atəşə tutan, körpələri qətlə yetirən işğalçılara qarşı savaşıb. Həm də təkbaşına... Mübariz ədalətsizliyə, haqsızlığa, bəşəri cinayətlərə qarşı savaşıb. Bu səbəbdən də hesab edirəm ki, bu qəbildən olan açıqlamalar daha ciddi şəkildə araşdırılmalıdır. Məsələn, mən bu fikirlərlə Nikol Paşinyanın girov saxladıqları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlamasında Ramil Səfərovu nümunə gətirməsi, Nikolun zövcəsinin bir qrup “sülh quşları”nı başına yığıb Azərbaycanın işğal altındakı ərazilərində səsləndirdiyi fikirlər arasında ciddi bir əlaqə görürəm. Bu ehtimaldır, amma həqiqət olması da istisna deyil”.(“Yeni Müsavat”)


Tarix: 18-12-2018, 20:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}