Vəliyevlərin adını hallandıran RƏİSDƏN nazirə zərbə - Şok dosye

  Bərdə rayon büdcə təşkilatları Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev barəsində nazirliyə şikayətlər getməkdədir Siam.az  xəbər verir ki, büdcə təşkilatları Prezident Administrasiyasına və Maliyyə Nazirliyinə yazırlar. İddia olunur ki, məktublarda məmurları boğaza yığan maliyyə rəisi haqda ölçü götürülməsi xahiş edilir. Maliyyə naziri Samir Şərifovdan daha çox, qohum olduğu icra başçılarına hesabat verən M.Allahverdiyevdən narazılıq xirtdəyə çatıb. Yüksək vəzifə tutan qohumlarına arxalanaraq büdcə təşkilatlarının nəfəsini kəsən maliyyə rəisi heç kəsin sözünü eşitmir. Məlumata görə, maliyyə rəisi Yevlaxdan Bərdəyə təyinat aldıqdan sonra sələfi Rza Əliyevə rəhmət oxudur. Bərdədə büdcə təşkilatlarının müdirləri, yerli məmurlar ona bata bilmir. Maliyyə rəisi özünü rayonun icra hakimi kimi aparır. M.Allahverdiyev büdcə təşkilatlarına divan tutur. İddialara görə, onun əsas tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir. Bu təlimata itaət etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunur. Odur ki hədə-qorxu ilə üzbəüz qalmış yerli məmurlar rəisin bütün əmrlərinə boyun əyməyə məhkum olublar. M. Allahverdiyev idarə müdirlərinə qeyri-rəsmi şəkildə mesajlar göndərir ki, arxasında dayananlar sıradan biriləri deyillər. Siam.az  media üzərindən xəbər verir ki, Mehman Allahverdiyev yeni post eşqinə düşüb. Bir müddət əvvəl onun icra hakimi olmaq istədiyi haqda məlumatlar mətbuata çıxmışdı. Yeni xəbərə görə isə Bərdənin maliyyə rəisi icra başçısı olmaq üçün perspektiv olmadığını anlayıb. Onun regional maliyyə idarəsi rəisi olmağa hazırlaşdığı bildirilir. Ümumiyyətlə, rayonlarda maliyyə rəisləri “at oynadır”lar. Onlar hamıya nəzarət edir, onlara heç kəs nəzarət eləmir. Daha doğrusu, büdcə təşkilatlarının pullarını mənimsəməkdə əlbir olurlar. Maliyyə Nazirliyində şəbəkələşmiş qrup barədə bir müddətdir məlumatlar yayılır. Bu şəbəkənin başında isə Samir Şərifovun 1-ci müavini Azər Bayramovun dayandığı iddia olunur. Bildirilir ki, nazir müavini vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir. Bərdə maliyyə rəisi M.Allahverdiyev də bu komanda üzvlərindən biridir. Onun Yevlaxdan Bərdəyə gəlməsi rayonda idarələrin, bağça, məktəb, müəssisələrin gününü qara edib. Heç kəs də ona bata bilmir və hələdə Respublikada söz sahibi olan .Vəliyevlərin adını hər yerdə hallandırır. Bu da maliyyə naziri Samir Şərifova həm zərbə, həm xəyanət kimi qiymətləndirilir. Çünki başının üstündən işlər görür, vəzifəli  qohumlarının adını hallandırır. Bununla belə, iddialarla bağlı maliyyə rəisinin mövqeyini dərc etməyə hazırıq.                                                            Siam.az
Tarix: 19-12-2018, 17:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}