Paşinyanın qələbəsi, uşaqpulu və pensiya yaşı məsələsi, saxta qazi qalmaqalları: Deputat Vahid Əhmədov "Canlı"da



Hazırda cəmiyyəti narahat edən bir çox sosial-iqtisadi məsələlər var ki, biz də daim o məsələlərə efirlərimizdə yer verməyə çalışırıq. Bunlardan ən vacibi uşaqpulunun bərpası, pensiya yaşının azaldılması, saxta qazi qalmaqallarının aradan qaldırılmasıdır. Bu mövzuda müzakirələr illərdir gedir, lakin hələ də bir nəticə yoxdur. Əhali isə yaşlı insanların və uşaqların sosial müdafiəsinin gücləndirilməsi üçün bu iki məsələnin həllini tələb edir. Digər tərəfdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta əlilliklə mübarizə istiqamətində apardığı işlər müsbət nəticələr doğursa da, gerçək əlillərin və qazilərin də müavinətlərinin kəsilməsinə səbəb olub.

Gündəmin digər mövzusu isə Ermənistanda Paşinyanın qələbəsindən sonra regional iqtisadi məsələlərin gələcəyi ilə bağlı müzakirələr gedir.

Bütün bu məsələlər və izləyiciləri cavablandıran digər suallarla bağlı Musavat TV-nin canlı yayınında “Müzakirə Masası” proqramında aparıcı Nərgiz Liftiyeva ilə Milli Məclisin deputatı Vahid Əhmədova gündəmi müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat


Tarix: 21-06-2021, 22:25




Xəbər lenti