Deputatlar yerli vergiləri ödəyirmi?


Sosial mediada dostluğumda olan 40 nəfərə yaxın Milli Məclis üzvünə ünvanlanan beş iyul tarixli müraciətimi hələki yalnız xanım Qənirə Paşayeva cavablandırıb. Xanım Qənirə Paşayeva mütəmadi olaraq yerli vergiləri ödədiyini qeyd edib.

Xanım deputatımıza yerli vergilərini vaxtlı-vaxtında ödədiyinə görə təşəkkür edirəm.

Qeyd edim ki, müraciət ünvanladığım digər deputatlar sırasında vaxtı ilə bələdiyyədə çalışmış və ya üzv olmuş və yaxından tanıdığım insanlar da var. Bəzi deputatların köməkçilərindən şifahi şəkildə reaksiya gəlsə də, hələ ki rəsmi cavab gəlməyib.

Hər halda təəssüf edirəm ki, bir çoxları özlərinə rəva görüb müraciəti oxusalarda reaksiya verməyiblər. Sual olunur niyə?

Bəlkə yerli vergiləri ödəyib sonra cavab verəcəklər. Əgər belədirsə, onda bəyənilsin. Ancaq təəssüf edirəm ki, əldə etdiyim məlumatlar tam əksini deyir. Yəni bəzi deputatlar özlərinin və qohum-əqrabasının adlarına olan əmlaka yerli verginin verilməməsi üçün bələdiyyə sədrlərinə deyil, rayonun icra başçısına zəng etməyi özlərinə rəva görüblər.

Təəcüblüdür, deyilmi? Belə çıxır ki, Milli Məclisin bəzi üzvləri qəbul etdikləri qərara etinasız yanaşır?

Hər halda bizim ölkəmizdə “Şah qanun deyil, qanun şahdır.”

Öz addımıyla ölkə başçısı da bu məqamı daim öz çıxışlarında vurğuladığını hələlik adı çəkilməyən yoldaşlar da bilməmiş deyil...

Son olaraq qeyd edim ki, müraciəti bir daha paylaşaraq MM üzvlərindən həm suallara cavab verilməsini, həm də yerli vergilərini şəxsən ödəmələrini xahiş edirəm.

Bizlər nümunə olmalı, yerli vergilərimizi vaxtında ödəməli və bununla da digər seçkili orqanın inkişafına dəstək göstərməliyik.

Göstərdiyimiz dəstək nəticə etibariylə bizim ümumi problemimizin həlli kimi başa düşülməlidir.(belediyye.info)
Tarix: 3-08-2021, 16:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}