Azərbaycan əsgəri “böyük Ermənistan”ı MƏHV ETDİ


Ermənilər keçən ilin payızında müharibəni uduzduqdan sonra “böyük Ermənistan” idealogiyasından, şükürlər olsun ki, geri çəkiləsi oldular. Bu ideyanı Azərbaycan əsgəri məhv etdi.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri rusiyalı politoloq, Müasir dövlət İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikov bölüşüb.
“İndi Ermənistan üçün iqtisadi məsələlərin həlli üstünlük təşkil edəcək. Paşinyan yeni layihələrin reallaşdırılması nəticəsində əhalinin, heç olmasa, az da olsa rəğbətini qazana biləcək. Ermənistan inkişaf etmək üçün öz coğrafi mövqeyindən istifadə etməli və qonşuları – Azərbaycan, Türkiyə və İranla qarşılıqlı əlaqədə olmalıdır. Bunun üçün isə yeni səhifəsinin açılması gərəkdir.
Əlbəttə, Paşinyan revanşistlərdən qorxur və buna görə də Azərbaycan ilə barışığa yavaş-yavaş, səliqəli getməyə çalışır. Əgər o, indi bu istiqamətdə fəallaşsa və səs-küylü bəyanatlar versə (bizim ümidimiz Azərbaycanla dost olmaqdır), onu revanşistər yox edə bilər”, – deyə ekspert qeyd edib.
Tarix: 22-09-2021, 15:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}