“Gözləyirəm hamısı bir yerə yığılsın, topalarını birdən dağıdım” - Deputat



“Şərəfli Azərbaycan müəllimini müdafiə etdiyimə görə nazirlik tərəfindən artıq tanış sifətləri işə salıblar”.
 
Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
 
“Hələ ki, əleyhimizə yazılan iki yazı gözümə dəydi. Adımı çəkməsələr də mənim statusuma işarə vuraraq müəllimin təhqir olunmasına haqq qazandırıblar. Bir göstəbək də sətiraltı şəxsimi təhqir də edib. Gözləyirəm hamısı bir yerə yığılsın, topalarını birdən dağıdım. Çox təsirli və öldürücü zərbəm olacaq. Mənim niyyətim müəllimin boğulmuş səsinin duyulmasıdır. Həm də bunu bu gün demirəm ki... Bu barədə Milli Məclisdə onlarla çıxışım var. İslahat varsa, məmnuniyyətlə dəstəkləyərəm. İslahat imitasiyasını, dələduzluğu, müəllim haqqını yeməyi, valideynlərin ümidlərini qırmağı əsla dəstəkləmək olmaz!” – F.Mustafa qeyd edib
Tarix: 27-01-2022, 10:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}